Avtopublika
Retro-avtomobillərə artan marağın sirri
Artıq Bakıda retro-avtomobillərin vahid muzeyi fəaliyyət
göstərir. 80-ə yaxın köhnə maşın həvəskarı əsasən əlamətdar
günlərdə toplaşırlar.
ANS TV-nin məlumatına görə, Azərbaycanda retro-avtomobillərinə
maraq artıb.
8 ildir retro-avtomobillər klubuna üzv olan Paşa İsmayılov "Qaz
21"markalı maşının sahibidir. O deyir ki, maşını ilə bir çox
yürüşlərdə də iştirak edib və avtomobilini öz övladlarından
ayırmır.
Retro-avtomobillər klubunda elə maşınlar var ki, 20 ildir heç bir
dəyişiklik edilmədən olduğu kimi qalıb. Məsələn, Vaqif Qurbanovun
"Qaz-21"i kimi. Öz avtomobili haqqında ağız dolusu danışan Vaqif
retro əfsanəsinin Azərbaycana gətirilməsinin maraqlı bir
tarixçəsinin olduğunu deyir:
"O, vaxtı Almaniyadan 250 ədəd gətirildi. Sonra 150-i Gürcüstana
göndərildi. 100-ü isə Azərbaycanda qaldı. Bu həmin 100 maşından
biridir".
Klubda keçmiş SSRİ-nin rəhbər şəxslərinin mindikləri maşınlara da
rast gəlmək olur.
50-ci illərdə İosif Stalinin tapşırığı ilə 29 aya yığılmışdı. ZİM
60-70-ci illərin ən prestijli maşınlarından sayılırdı.
2002-ci ildə retro-maşın həvəskarları tərəfindən təsis olunan
klubun hazırda 80-ə yaxın üzvü var. Burada Rusiya ilə yanaşı,
Almaniya, İtaliya, İngiltərə və Fransa istehsalı olan maşınlar var.
Klub üzvlərinin hamısı sırf retro-maşın sahibi deyillər. Belə
avtomobillərə aid şəkilləri, modelləri, ədəbiyyatı toplayanlar da
buranın üzvləridir. Klub bu ildən artıq rəsmi muzey statusu
daşıyır. Klubun rəhbərliyi gələcəkdə üzvlərinin sayının artırmas
üçün buranın açıq olduğunu deyir. Retro-maşını olan istənilən şəxs
kluba müraciət edib oranın üzvü ola bilər.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














