Avtopublika
Tanış olun: zirehli Mercedes S600 - FOTO
"Mercedes" şirkəti S-Class Sedanın zirehli versiyasını – S-Class Guard təqdim edib. Yeni modelin ballistik müdafiə səviyyəsi Avropada ən yüksək olan VR6/VR7 səviyyəsinə uyğundur. İstehsalçı bildirir ki, maşın zirehdələn güllə atan atıcı silahların atəşinə və qumbaraya qarşı davamlıdır.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, S-Class Guard elementlərinin əksəriyyəti Zindelfinqendəki müəssisədə avtomat qurğulardan istifadə edilmədən yığılır. Ustalar qaynaq və boltlardan istifadə etməklə beş santimetrlik metal təbəqələri əl ilə kuzova bərkidirlər. Çəkisi 135 kq olan 10 santimetr qalınlığında qabaq şüşə də əl ilə yerinə oturdulur.
Zirehli S-Class yalnız hasilatı 530 a.g. (830 Nm) olan altı litrlik V12 biturbo mühərrikli S600 modifikasiyasında təklif ediləcək.
Zirehli maşının dinamik göstəriciləri hələlik məlum deyil. Modelin qiyməti də açıqlanmayıb. Lakin onun adi "altı yüz"dən təxminən 200 min avro baha olacağı gözlənilir.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ

































.jpg)














