Avtopublika
"BMW"nin loqosunun mənası
Dünyada ən populyar avtomobil markalarından biri olan "BMW"nin loqosunun da maraqlı tarixi və mənası var. Publika.az avtosfer.az-a istinadən məlumat verir ki, bu loqo dörd hissəyə bölünmüş dairədən ibarətdir.
Hissələrdən ikisi ağ, ikisi isə mavi rəngdədir. Bu dairə özü fırlanan təyyarə pəri (propeller) deməkdir. Ağ və mavi rənglər isə "BMW"ni istehsal edən zavodun yerləşdiyi Bavariyanın simvoludur. Almaniyanın tarixində mühüm yeri olan Bavariyanın gerbində 10-cu əsrdən həmin rənglər var.
Loqonun üstündəki hərflər (B, M və W) isə bu zavodun adının abbreviaturasıdıır: Bayerische Motoren Werke AG ("Bavariya Mühərriklər Zavodu"). Bu avtomobil markasının loqosunda təyyarə pərinin təsvirinin olması isə təsadüfi deyil. "BMW" ilk dəfə yalnız təyyarə mühərriklərinin istehsalı ilə məşğul olub. Zavodun indiki adı 1916-cı ildə Münhen şəhərində iki kiçik zavodun birləşməsindən sonra yaranıb. Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra bu ölkədə aviasiya mühərriklərinin istehsalı qadağan edilib. Həmin qadağadan sonra "BMW" istehsal profilini dəyişməyə məcbur olub. Nəticədə 1923-cü ildə "BMW" markalı ilk motosikletlər meydana çıxıb. 1928-ci ildə "BMW" zavodu Britaniyanın Austin avtomobil markasının istehsalına başlayıb. "BMW" markası ilə ilk avtomobil isə 16 noyabr 1928-ci ildə istehsal edilib.
Hazırda "BMW" markalı avtomobillər təkcə loqosu ilə deyil, qabaq tərəfində radiator barmaqlıqlarının özünəməxsus dizaynı ilə də fərqlənir. Bu avtomobillərin qabaq tərəfinin dizaynında iki ovallaşmış dördbucaq şəklində radiator barmaqlıqları "BMW" avtomobillərini uzaqdan tanımağa kömək edir.
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurlu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
































.jpg)
.jpg)
.jpg)