Avtopublika
Prezidentin böcəyi 1 milyon dollara satılır -VİDEO
Dünyanın ən kasıb prezidenti kimi tanınan Uruqvay prezidenti Xose Muxikanın prezident avtomobili qismində işlətdiyi Volkswagen Beetle ("böcək") maşınını 1milyon dollara almaq istəyənlər var.
Publika.az xəbər verir ki, köhnə bağ evində sadə həyat tərzi sürdüyünə görə "dünyanın kasıb prezidenti" adını qazanmış Xose Muxikanın avtomobilini almaq təklifinin ərəb şeyxindən gəldiyini bildirib.
Həftəlik "Busqueda" jurnalının məlumatına əsasən, avtomobili üçün təklif prezidentə bu ilin əvvəlində, Boliviyanın Santa Kruz şəhərində keçirilən sammitdə edilib.
"Əvvəlcə mən bunu təəcübblü qarşıladım və əhəmiyyət vermədim. Lakin sonra daha bir təklif gəldikdən sonra artıq bu məsələyə daha ciddi yanaşmağa başladım", - prezident deyib.
Prezident, maşınını məmnuniyyətlə hərraca çıxaracağını deyib. Muxika yarızarafat əlavə edib ki, maşınını Manuel adlı üçayaqlı itini gəzdirmək dərdindən indiyədək satmayıb.
Prezident Muxika maşınını 1milyon dollara satarsa, pulları yoxsulların evlə təmin edilməsi proqramına xərcləyəcəyini bildirib.
Uruqvayda keçirilmiş son rəy sorğularına görə, prezidentin reytinqi 60 faiz təşkil edir. Uruqvay Konstitusiyasına görə, Jose Mujica ikinci müddətə prezidentliyə namizədliyini irəli sürə bilməz. Ötən ay Uruqvayda keçirilmiş prezident seçkilərində qalib müəyyən edilmədiyinə görə, yeni prezidentin kimliyi ikinci turda müəyyən ediləcək.
Xalq arasında Pepe çağırılan prezident Muxika maaşının böyük hissəsini ehtiyacı olanlara paylayır. 2010-cu ildəki vergi deklarasiyasına əsasən, onun şəxsi mülkünün dəyəri 1987-ci il buraxılışı olan Beetle maşınının dəyərinə bərabər olub, yəni cəmi 1 800 dollar təşkil edib.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO



















.jpg)
















