Avtopublika
1000 nəfərdən neçəsinin avtomobili var? – Siyahı
ABŞ-da hər min adamdan 923-nün motorlu nəqliyyat vasitəsi var. Keçən il dünyadakı benzinin 37,3, dizelin isə 14,4 faizi bu ölkədə istehlak edilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən il dünyada ən çox motorlu nəqliyyat vasitəsinin satışı 23 milyon 44 min ilə Çində reallaşıb.
ABŞ isə 15 milyon 944 minlə ikinci yerdə qərarlaşıb. Adambaşına düşən nəqliyyat vasitələrin sayında isə ilk sırada ABŞ dayanır. ABŞ-da hər min nəfərə 923 nəqliyyat vasitəsi düşür. Hər min nəfərə düşən nəqliyyat vasitəsinə görə, dünyada lider olan ABŞ maye yanacağının istehlakında da digər ölkələrdən açıq şəkildə öndədir. Keçən il dünyadakı benzin istehlakının 37,3, dizelin də 14,4 faizi ABŞ-ın payına düşür. ABŞ-da gündəlik benzin istehlakı 8,72 milyon barrel, dizel istehlakı isə 3,44 milyon barreldir.
Ümumilikdə isə, hər min nəfərə düşən motorlu nəqliyyat vasitələrin sayına görə ölkələrin mövqeyi aşağıdakı kimidir
ABŞ - 923
İtaliya - 706
Almaniya - 617
Fransa - 608
İngiltərə - 608
İspaniya - 556
Yaponiya - 545
Polşa - 497
Bolqarıstan - 460
Malayziya - 433
Cənubi Koreya - 364
Rusiya - 320
Rumıniya - 258
Braziliya - 171
Türkiyə - 164
Ömər Dağlı
-
Magazin104:39Günel hindistanlı həyat yoldaşı ilə belə dincəlir - FOTO
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu badədə faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir



































.jpg)