Avtopublika
“Chrysler” 3 milyon avtomobili geri çağırdı
İtaliyanın "Fiat" konserni tərəfindən nəzarət olunan
Amerikanın "Chrysler" avtomobil istehsalçısı təhlükəsizlik
yastığındakı nasazlıq ucbatından 3,3 milyon avtomobili geri
çağırıb.
Publika.az-ın məlumatına görə, servis aksiyası 2004-2007 model
ilinə aid "Dodge Ram", "Mitsubishi Raider" və "Dodge Dakota"
pikaplarını, "Dodge Durango" və "Chrysler Aspen" yolsuzluk
avtomobillərini, "Chrysler 300" və "Dodge Charger" sedanlarını,
həmçinin "Dodge Magnum" universal avtomobilini əhatə edir.
Geri çağırılan avtomobillər Yaponiyanın "Takata" şirkəti tərəfindən
istehsal olunmuş nasaz təhlükəsizlik yastıqları ilə təchiz olunub.
ABŞ-ın şose yollarında hərəkətin təhlükəsizliyi üzrə idarəsi
ölkənin cənub ştatları üçün xarakterik olan yüksək rütubət
şəraitində bu yastıqların düzgün açılmaya və hətta açılarkən
avtomobilin salonundakı insanı metal hissəciklərlə yaralaya
biləcəyini müəyyən edib.
Geri çağırılacaq nasaz avtomobillərin 2,9 milyonu ABŞ-da, qalanı
isə Kanada, Meksika və başqa ölkələrdə satılmışdı. Bu nasazlıq
səbəbi ilə ABŞ-da dörd nəfərin həlak olduğu, 40-dan çox insanın isə
yaralandığı məlumdur. "Chrysler" geri çağırılan bütün
avtomobillərdəki nasaz təhlükəsiz yastıqlarını pulsuz dəyişməyə söz
verib.
"Takata" kompaniyasının təhlükəsizlik yastıqları ilə təchiz olunmuş
avtomobillərin kütləvi şəkildə geri çağırılması bu ilin aprel
ayından başlanılıb. İndiyə qədər ABŞ-da bu nasazlıq səbəbi ilə 15
milyon, dünyada isə 22 milyon avtomobil geri çağırılıb.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














