Avtopublika
Dünyanın ən sürətli avtobusu: saatda 600 km - VİDEO
Dünyanın ən sürətli avtobusu ilə səyahətə çıxmaq istərdinizmi? Bunu iki dəfə düşünməkdə fayda var. Kanadanın Ontario şəhərində yaşayan Pol Stender dünyanın ən qəribə nəqliyyat vasitələrindən birini yaradıb. Məktəb avtobusuna qırıcı təyyarə mühərriki qoşan Pol, dünyanın ən sürətli avtobusunu ərsəyə gətirib.
ATVxəbər.az bildirir ki, bu avtobus nəinki sürət avtombillərini, hətta təyyarə və helkopterləri də geridə qoyur. Quruda hərəkət etsə də, saatda nə az, nə çox 600 km sürət yığan avtobusun içində dayanmaq, ətrafda durub seyr etmək də cəsarət tələb edir. Avtobusun yaratdığı külək sanki arxasınca qasırğa gətirir.
Üzərinə məktəb vaxtı yazılmış dünyanın ən sürətli avtobusu nə qədər ağılasığmaz olsa da, 42 min at gücündədir. Təsadüfi deyil ki, bu qədər gücü bir arada toplamaq üçün nəqliyyat vasitəsinin mühərrikinin buraxdığı alovun uzunluğu hərdən 30 metrə çatır. Müqayisə üçün desək ki, bu avtobusla qonşu Rusiyaya və ya İrana 2 saata baş çəkib qayıda bilərik. Amma buna qanunlar da imkan vermir. Dünyanın nəqliyyat sistemi hələ ki ən sürətli avtobusa yaşıl işıq yandırmağa gücü çatmır.
Digər tərəfdən bu avtobusa sahib olmaq istəyən şəxsin gərək heç
olmasa 1-2 neft quyusu da olsun. Çünki dünyanın ən sürətli
avtobusunda bir dəfə gəzintiyə çıxmaq 700 litr benzin aparır.
İstənilən halda Pol Stender üçün şərt bu avtobusu hər dəqiqə küçəyə
çıxartmaq deyil. O dünyada analoqu olmayan bir avtobus yaratmağa
çalışıb və bunu bacarıb. Texnologiyanın inkişafı belə sürətdə bu
avtobusdan dala qalır.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














