Avtopublika
3D printerdə çap olunmuş avtomobil - FOTO
3D printerlə aviasiya mühərrikinin hissələrinə qədər,
demək olar ki, hər şeyi çap və yaxud istehsal etmək olar. Burada
söhbət artıq printer vasitəsilə, məsələn, avtomobil istehsal
etməkdən gedəcək.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ-ın
Local Motors kompaniyası Detroyt şəhərində keçirilən beynəlxalq
avtosalonda 3D printer vasitəsilə hazırlanmış avtomobilin
buraxılması barədə məlumat verib.
Çəkisi 800 kiloqram olan avtomobilin istehsalı üçün hazırda 44 saat
vaxt lazım gəlir. Kompaniya ilin axırına qədər bu zamanı 20 saat
azaldaraq 24 saata, növbəti mərhələdə isə daha iki dəfə qısaldaraq
12 saata endirməyi planlaşdırır.
Saatda 40 kilometr sürətlə hərəkət edən ikinəfərlik avtomobil
bütünlüklə printerdə çap olunub və 212 laydan ibarətdir.
Avtomobil qaraja qoyulmadan, ən sərt iqlim şəraitində, açıq havada
saxlanılsa, istifadə müddəti 5-6 il təşkil edəcək. Örtülü məkanda
isə təbii ki, bu müddət bir neçə dəfə artacaq.
"Strati" adlandırılan avtomobilin 15 min avrodan bir qədər baha
olacağı gözlənilir.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
















.jpg)







.jpg)














