Avtopublika
Köhnə avtomobillər Bakıya buraxılmayacaq - VİDEO
Avropa Oyunlarına qalan vaxt azaldıqca şəhərin mənzərəsi və bu mənzərəni pozan məqamlar göz önündə canlanır. Millət vəkillərindən Fərəc Quliyev bu kontekstdə Avropa Oyunları ərəfəsində paytaxtdan köhnə avtomobillərin yığışdırılması məsələsini parlamentdə gündəmə gətirib.
ANS TV-nin məlumatına görə, millət vəkili Fərəc Quliyevin fikrincə,
istehsal ili köhnə olan maşınların paytaxtdan yığışdırılması ilə
həm şəhərin ekoloji durumunu yaxşılaşdırmaq, həm də I Avropa
Oyunları zamanı Bakının vizual görüntüsünü tamamlamaq mümkün
olacaq.
"İli köhnə olan avtomobillərin sahiblərilə danışılsın. Bu
avtomobillər Azərbaycanda istehsal olunan avtomobillərlə əvəz
olunması proseduru həyata keçirilsin. Həmin avtomobilin qiyməti və
əlavə dəyər ödənilməklə yeni avtomobil verilir", – deyə millət
vəkili Fərəc Quliyev bildirib.
İli köhnə olan avtomobillərin dövlət tərəfindən alınması
təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro
standartları tətbiq olunan zaman hökumət bu standarta cavab
verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir
avtomobillər təklif edirdi.
Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib.
Nəqliyyat üzrə ekspert Azər Allahverənovun fikrincə,
Azərbaycanda bu mexanizmi həyata keçirmək üçün müəyyən vaxt
lazımdır. Dünyada iqtisadi böhranın yaşandığı, büdcəyə qənaət
prinsipinin prioritet elan edildiyi bir vaxtda dövlətin köhnə
avtomobilləri alıb, vətəndaşlara yeni maşın verməsi hələlik mümkün
görünmür.
Bu zaman insanların maraqlarını da nəzərə almaq lazımdır. Xüsusu
ilə də köhnə nəqliyyat vasitələrini idarə edən şəxslərin
maraqlarına diqqət yetirmək lazımdır. İstənilan halda qarşılıqlı
sürətdə hesab edirəm ki, bu məsələ öz həllini tapa bilər. Biz
nəticə etibarı ilə 20 gündən bir qədər artıq Bakıda keçiriləcək
mötəbər tədbirdə yollarda gərginliyin azaldılmasının şahidi ola
bilərik", – deyə Azər Allahverənov qeyd edib.
"Bakı 2015" Avropa Oyunları ərəfəsində yollarda gərginliyin
aradan qaldırılması üçün Dövlət Yol Polisi İdarəsi indidən
tədbirlər görməyə başlayıb. Bu tədbirlərə köhnə maşınların şəhərə
girişinə məhdudiyyətlərin qoyulması da daxildir. Dövlət Yol Polisi
İdarəsi şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, oyunlar zamanı
avtomobillər mərkəzi küçələrə müəyyən məhdudiyyətlərlə
buraxılacaq.
Bu zaman avtomobillərin texniki vəziyyəti ilə bağlı da məsələ nəzərdən qaçmayacaq. Bu cür təcrübə artıq "Eurovision" mahnı müsabiqəsi zamanı sınaqdan keçirilib. İdarə bu məsələ ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO






































.png)