Avtopublika
Məşhur avtomobil loqolarının mənası - Foto
Hər birimizin sevdiyi avtomobil modelləri var. Bəs sevdiyimiz
avtomobil modellərində olan emblemlərin mənasını bilirikmi? Elə isə
ən məşhur avtomobillərdə olan emblemlərin mənasını təqdim
edirik.
Audi

"Audi" emblemində olan 4 halqa avtomobil birliyi üçün ittifaq quran
4 firma mənasındadır. Şirkətə "Audi" adı isə firmanın
rəhbərlərindən olan mühəndis August Horch tərəfindən verilib.
BMW

BMW-nin emblemindəki mavi və ağ rənglərin mənasının məşhur
Bavariyadan gəldiyi bildirilir. Bavariyada yerləşən şirkət 1929-cu
ildən təyyarə və motor istehsalı ilə məşğul olan BMW emblemdəki
dairəyə uyğun təkərlər üçün fırlanan pərvanə fiquru yaradır. Daha
sonra araba istehsalına başlayan BMW şirkəti istehsal etdiyi
avtomobillərində də eyni emblemdən istifadə etdi.
Chrysler

Şirkətin yaradıcısı və sahibi Walter Chrysler-in istəyi ilə 1998-ci
ildən sonra istehsal olunan Chrysler-in emlemindəki halqalar
təkərləri, şimşək isə sürət mənasını verir.
Alfa Romeo

Alfa Romeo embleminin dizaynının yaradılması İtaliyanın Milan
şəhəri və ölkənin nüfuzlu ailəsi olan Viconti ilə bağlıdır. Qırmızı
xaç əsilzadəliyi, ağ yer xalqı və kəndlilər mənasını verir. Tac
geymiş gürzə ilanı isə əsilzadə Viscoti ailəsinin gerbindən
götürülüb.
Ferrari

İtaliyada qraf ailəsinin 1923-cü ildə firma rəhbəri Enzo Ferrariyə
hədiyyə etdiyi at heykəli Ferrari şirkətinin sonralar embleminə
çevrildi. Emblemdə olan sarı və qırmızı rənglər qonşu şəhər olan
Modenanın və yarışa olan sevginin təzahürüdür.
Ford

Bu ad şirkət qurucusu Henry Forddan götürülüb. Mavi tablo üzərində
gözəl dizaynlı hərflə yazılan "Ford"un nostalji keçmişi var.
1903-cü ildən bu yana istifadə olunan Ford emblemində bir müddət
Köln kilsəsinin siluetindən də istifadə olunub
Mercedes-Benz

Daimler Chrysler ilə müştərək çalışaraq avtomobil istehsal edən
Carl Benz avtomobilə ad tapa bilməyincə bircə qızı olan Mercedes
Benzin adını bu avtomobilə verir. Mercedes emblemində olan 3 ayaqlı
ulduz isə "Mercedes-Benz"in quruda, suda və havada gücünü ifadə
edir.
Nissan

Dairənin içərisinə yazılmış "Nissan" adı qlobal güc və dünya
səviyyəsində məşhurluq mənasını verir.
Opel

Adam Opelin qurduğu firma ilk əvvələr tikiş maşını istehsal
edirmiş. 1899-cu ildən avtomobil istehsal edən şirkətin emblemində
təkər və içində şimşək təsvir olunur ki, təkər etibarlılığı, şimşək
isə sürət mənasını verir.
Volkswagen

"Vw" emblemi Porsche mühəndisi Franz Xaver tərəfindən təklif
olunub. 1948-ci ildən avtomobillərdə istifadə olunan bu emblemin
mənası Almaniyanın Wolfsburg şəhərini təmsil etdiyi mənasını
verir.
Porsche

Porsche emblemindəki qara at Almanyanın Ştutqart şəhərinin
gerbindən götürülüb. Maral buynuzu ilə qırmızı-qara rənglər isə
Almaniyanın Württemberg bölgəsinin gerbidir.
Peugeot

İlk əvvəllər mişar və mişar məhsulları istehsal edən Peugeot
məhsullarını "Aslan kimi güclü" lozunqu ilə satırdı. Daha sonra
avtomobil istehsal edərəkən aslanı öz emblemləri olaraq qəbul
etdilər.
Mitsubishi

Üçdənəli paxlava şəkli samuray emblemindən ilhamlanıb. Mitsubishi
şirkətini yaradan iki yapon ailəsinin istehsal etdikləri
avtomobildəki emblem məsuliyyət şüurunu, centmenliyi və cəmiyyətlər
arasında uyğunlaşma mənasını verir.
Subaru

Subarunun emblemində olan ulduzlar 6 yapon avtomobil
istehsalçısının birləşərək bir avtomobil istehsal etdikləri
mənasını verir.
Volvo

Volvo avtomobillərini İsveç poladını simvollaşdıran dairə və ox
bəzəyir. Bu emblemin poladdan olması Volvo modellərininin möhkəm
olması mənasını verir.
Toyota

Yapon şirkətinin qurucusu olan Kirchiro Toyoda 1937-ci ildə 3
ellips formalı güclü marka emblemini meydana gətirdi. Emblemdə olan
ellipslər avtomobil ilə müştərisi arasındakı komanda ruhunu və
müasirliyi təmsil edir.
İnterazv.az
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
İdman15:53Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO




































.jpg)