Bilgi.az
Bu meyvə spirtli içkinin əks-təsirini aradan qaldırır
Asiya armudu spirtli içkinin əks-təsirini aradan qaldırır. Avstriyada aparılan araşdırmalar bu meyvənin özəlliyini ortaya çıxarıb. "Times" qəzetində yayımlanan xəbərə görə, içkidən öncə armud yedikdə spirtli içkinin mənfi təsiri 16-21 faizə qədər azalır. Alimlər araşdırmada iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupdakılar öncə 220 ml. armud suyu, daha sonra 540 ml. spirtli içki içiblər. İkinci qrup isə birbaşa spirtli içki içib. 12 saat sonrakı nəticələr armudun fərqini ortaya qoyub. Belə ki, içkidən öncə armud şirəsi içənlərdə baş ağrısı, ürək bulanma, işığa həssaslıq digər qrupla müqayisədə daha az müşahidə edilib.
Araşdırmanı aparan professorlar bu xüsusiyyətin sadəcə, Asiya armudunda olduğunu, digər armud növləri üzərində də araşdırmalar aparacaqlarını açıqlayıblar.
Ləman Sultan
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...