Bilgi.az
Hovuzdakı riskləri azaldan üsul
Uşaqlar isti günlərdə hovuzda çimməyi çox sevirlər. Ancaq təəssüf ki, hovuz onların sağlamlığı üçün tamamilə təhlükəsiz deyil. Belə ki, hovuz suyundakı bakteriyalar sağlamlığa zərər verir. Məlum məsələdir ki, hovuzlardakı suyun müəyyən fasilələrlə dəyişdirilməməsi bəzi xəstəliklərə, xüsusilə, dermatoloji baxımdan göbələk infeksiyalarına səbəb olur. Türkiyəli professor Şəmsəddin Karaca hovuzdakı riskləri minimuma endirməyin üsulunu açıqlayıb. Onun sözlərinə görə, hovuzun risklərini azaltmağın ən yaxşı yolu duş qəbul etməkdir.
Publika.az Türkiyə mətbuatına istinadən professor Şəmsəddin Karacanın hovuzda riskləri azaltmaq üçün verdiyi tövsiyələri təqdim edir:
Karaca bildirib ki, ayaqlara və qasıq bölgələri göbələk infeksiyalarına daha tez yoluxur. Həmin infeksiyalar başqasının ayaqqabısından da keçə bilir:
"Hovuzlarda və termal sularda bakteriyalar var. Bu bakteriyalar bəzən infeksiyalara səbəb ola bilər. Hovuza girməzdən öncə və hovuzdan çıxdıqdan sonra mütləq duş qəbul etmək həm gigiyenik baxımdan, həm də sağlamlıq üçün çox əhəmiyyətlidir. Hovuzdakı riskləri minimuma endirməyin ən əlverişli yolu da hovuzdan çıxdıqdan dərhal sonra duş qəbul etməkdir. Bu tədbir, əlbəttə ki, sağlam adamlara aiddir. Dermatoloji xəstəliyi olanların, dəri qaşınması, qıcıqlanması və ya quru dəriyə sahib olanların bu cür xəstəliklərə tutulma ehtimalları daha yüksəkdir. Riskli vəziyyətdə olanlar isə daha ciddi tədbirlər görməlidir. Həkimin yazdığı dərmanlardan istifadə etməlidir".
Fidan
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI