Ət yeyənlər, küsəyənlər – dünyanın qeyri-adi bitkiləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ət yeyənlər, küsəyənlər – dünyanın qeyri-adi bitkiləri - FOTOLAR

Dünyanın hər bir canlısının özünəməxsus gözəlliyi, özəlliyi var. Elə canlılar, o cümlədən bitkilər də var ki, onlar qeyri-adilikləri ilə seçilirlər.

Publika.az həmin bitkiləri sizə təqdim edir:

"Dionaea muscipula"ya ət yeyən bitki, tələ gülü də deyilir. Bu bitkinin iki yerə ayrılan tikanlı yarpaqları 1 saniyə ərzində qapanaraq üzərində sürünən qurdları, həşəratları tutub sıxır, öldürür. Sayı azaldığından "Dionaea muscipula"nın adı nəsli kəsilməkdə olan bitkilər siyahısına salınıb.

"Rafflesia arnoldii" dünyanın ən böyük çiçəyi sayılır. 90 santimetr hündürlüyə, 7-11 kiloqram çəkiyə malik bu bitki çürümüş ət iyi verir. Buna görə də ona yaxınlaşmaq məsləhət görülmür. "Rafflesia Arnoldii" vətəni İndoneziyada "Cəsəd çiçəyi" kimi tanınır. Çiçəkləri 3-7 gün solmayan bu bitki ətrafına həşərat toplaması ilə seçilir.

"Selaginella lepidophylla" – onu yenidən dirilən bitki də adlandırırlar. Bu çöl bitkisi istədiyi vaxt budaqlarını yığaraq "ölür", top şəklini alır, bəzən də açılır.

Dünyanın ən dayanıqlı bitkisi olan "Welwitschia mirabilis" Namibiyada yetişir. Yalnız iki yarpaqdan, bir saplaqdan ibarət olan bitki çoxları üçün maraq kəsb edir. Çünki o, 2 metrə qədər boy atır və 8 metr enə qədər yayılır. O, 400-1500 il yaşaya bilir. O, yağıntının olmadığı yerlərdə 5 il yaşaya bilir.

Rəqs edən bitki "Desmodium gyrans" də dünyanın ən qeyri-adi bitkilərindəndir. O, yarpaqlarının qeyri-adi hərəkətləri – "rəqs"i ilə məşhurdur.

"Desmodium gyrans"ı yetişdirmək də çox asandır. Suvarılmağı çox sevən bu bitki günəş şüaları altında yarpaqlarını oynadır.

İndoneziyalılar özlərindən boyca hündür olan "Amorphophallus titanum"a leş çiçəyi adını veriblər. Kənardan olduqca zərif görünən bu bitki heyvan leşi qoxusunu verir.

"Mimosa pudica" – küsdümçiçəyi fərqli özəlliyə malikdir. Bu bitki kiminsə ona toxunmasını qətiyyən sevmir. Həmin səbəbdən də yarpaqları üzərində hər hansı toxunuş hiss etdikdə dərhal sıxılaraq küskün görkəm alır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm