2015-ci ilin ən bahalı hədiyyələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

2015-ci ilin ən bahalı hədiyyələri - FOTOLAR

Başa çatmaqda olan il bəziləri üçün uğurlu, bəziləri üçünsə uğursuz dövr kimi yadda qaldı. Lakin dünyada elə insanlar, o cümlədən məşhurlar da var ki, onlar 2015-ci ili bahalı hədiyyə almaları, yaxud bağışlamaları ilə xatırlayacaqlar.

Publika.az ilin ən bahalı hədiyyələrini təqdim edir:

Bir qədər əvvəl boşanmış populyar müğənni Meray Kerri az müddət əvvəl gündəmə yeni sevgilisi ilə gəldi. Yayda onun avstraliyalı milyarder Ceyms Parkerlə görüşləri haqda söz-söhbətlər yayılmasının ardınca yeni sevgilisinin bu yaxınlarda ona 500 000 dollarlıq boyunbağı hədiyyə etməsi gündəmi zəbt etdi.

Böyük Britaniya kraliçası II Yelizavetanın böyük oğlu Şahzadə Çarlz nəvəsi Çorca aldığı meydança da başa çatmaqda olan ilin bahalı hədiyyələrindən idi. Meydançanın ərazisində ağacdan evcik inşa edilib. Bundan əlavə, kiçik uşaq arabasından furqon düzəldilib.

Reper Tiga sevgilisi Kayli Cenner üçün 50 000 dollarlıq it (buldoq) alıb. Bundan əvvəl o, sevgilisinə ağ rəngli "Ferrari" hədiyyə etmişdi.

Rusiya mətbuatı bu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskovun şəxsi əşyalarının bahalı olmasını daim gündəmdə saxlayır. Onun qolundakı 37 000 000 rublluq saat isə ilin ən bahalı hədiyyələrindən biri kimi tarixə qovuşdu. Peskovun həyat yoldaşı bu saatı ərinə onun tərəfindən hədiyyə edildiyini iddia etməklə növbəti ajiotajın qarşısını aldı.

Futbolçu Dmitri Tarasov və nişanlısı Olqa Buzaova tezliklə Moskva ətrafındakı yeni mənzillərinə köçəcəklər. Yeni mənzilin qiyməti 100 milyon rubldur. Lakin bu, futbolçunun nişanlısına yeganə hədiyyəsi deyil. Onun Olqaya aldığı "Mercedes-Benz GLE 63" avtomobilinin qiyməti təxminən 8 milyon rubldur.

Gürcü müğənnisi Keti Topurinin doğum gününə təsadüf toyunun ildönümü ilə əlaqədar ona alınan hədiyyə də ilin ən bahalı suvenirlərindən biri sayılır. Qızılı lentlə əhatə edilən avtomobilin məbləği açıqlanmasa da, onu qiymətinin baha olduğu məlumddur.

Futbolçu Kriştian Ronaldo bu ilin tarixinə bahalı hədiyyə alan məşhurlarından biri kimi düşdü. O, Jorje Mendeş adlı dostuna toyu ilə əlaqədar bir ada bağışlayıb. Adanın qiyməti bir neçə milyon dollardır.

Rusiyadan olan müğənni Vlad Topalov da ilin ən bahalı hədiyyəsi alanlar sırasındadır. O, həyat yoldaşına Moskvanın mərkəzində yeni mənzil alıb. Cütlüyün neçə yüz min rubl xərcə düşdüyü aşıqlanmır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm