Bilgi.az
İtmiş təyyarə ilə bağlı dəhşətli faktlar var - FOTOLAR
Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin yoxa çıxmış "Boeing 77-200 ER" sərnişin təyyarəsi ilə bağlı yeni iddialar səslənib. Həmin iddialara görə, təyyarəni pilot bilərəkdən qəzaya uğradıb.
Milli.Az The Telegraph-a istinadən bildirir ki, mütəxəssislər
təyyarənin izlənməsi sistemini sıradan çıxara biləcək və ya
laynerin kursunu dəyişəcək yanğının, yaxud nasazlığın olmadığını
deyirlər.
Əksinə, təyyarə radarlardan itəndən sonra rasional hərəkət edib.
Yəni layneri bütün əməllərinə cavabdeh olan insan idarə edib.
Təyyarənin kapitanı Zahir Əhməd Şah uçuşdan bir
qədər əvvəl nömrəsi başqa insanın adına qeydə alınmış şəxslə
telefonla danışıb.
Bundan başqa, təyyarəyə saxta sənədlərlə iki sərnişinin mindiyi də
vurğulanır.
"Təyyarə ilə bağlı dəhşətli təfərrüatlar var. Onları açıqlaya bilmərəm. Rəsmi bəyanat olmalıdır. Yalnız onu deyə bilərəm ki, itmiş avialaynerlə bağlı çox maraqlı faktlar üzə çıxıb", - adının çəkilməsini istəməyən mənbə The New Zeeland Herald-a bildirib.
Təyyarənin ikinci pilotu, 27 yaşlı Fariq Həmidlə
bağlı da bir sıra müəmmaların olduğu deyilir. Belə ki, Fariq
Həmidin Malayziyadakı radikal islamçı qruplaşmalardan biri ilə sıx
əlaqələr saxladığı vurğulanır.
O, uçuşdan əvvəl guya "dost"larından birinə yazıb: "Sizlərə
hədiyyəm olacaq. Gözləyin, çox maraqlı uçuşdan xəbər
tutacaqsınız".
Martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından göyə
qalxaraq MH370 reysi ilə Pekinə uçan Boeing 777–200 ER təyyarəsi
iki saat sonra yoxa çıxıb.
Təyyarədə 227 sərnişin və 12 heyət üzvü vardı.
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) mütəxəssislərinin
dediklərinə görə, laynerin kapitanı Zahir Əhməd Şah depressiyada
olub. Uçuşdan bir neçə gün əvvəl onu arvadı Faizə Xanum
Mustafa Xan tərk edib və iki övladını da özü ilə
aparıb.
Şahın dostlarının dediklərinə görə, pilot bu uçuşu son avantüra
sayıb: "Onun təyyarəni bilərəkdən okeana saldığı istisna olunmur.
Bunu nə sərnişinlər, nə də heyət üzvləri bilə bilməzdilər".
Təyyarə okeana düşməzdən əvvəlki 12 dəqiqədə laynerdə oksigenin bitdiyi və sərnişinlərin huşlarını itirdikləri də vurğulanır.
"Malaysia Airlines"in baş direktoru Əhməd Cauhari
Yəhyanın dediyinə görə, təyyarə Hind okeanının cənubunda,
Avstraliyanın qərb sahillərindən 2500 km aralıda suya
düşüb.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsindən verilən məlumata
görə, dünən okeanda tufan və qasırğa olduğundan dayandırılmış
axtarışlar bərpa olunub. Axtarışlarda 7 hərbi və 5 mülki təyyarə də
iştirak edir.
Axtarış zonası ilkin olaraq 23 min kvadrat kilometr idisə, indi həmin bölgə 80 min kvadrat kilometrə qədər artırılıb.
Avstraliya Hərbi-Dəniz Qüvvələrinin "Sucess" gəmisi və Çinin
"Syuelun" buzqıran gəmisi də axtarışlara qatılıb.
Malayziyanın Pekindəki səfirliyinin binasının qarşısında isə
etiraz aksiyası keçirilib. Təyyarə sərnişinlərinin onlarla qohumu
və ailə üzvləri Malayziyanın hakimiyyət dairələrini suçlayıblar,
"Malayziya hökuməti qatildir!" qışqırıblar.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı