Ömrü 3 dəfə uzatmağın SİRRİ
Bizi izləyin

Bilgi.az

Ömrü 3 dəfə uzatmağın SİRRİ

Qocalan hüceyrələrin orqanizmdən təmizlənməsi sağlamlığı nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, ömrü 3 dəfə uzadır. Üstəlik, bunun heç bir əks təsiri yoxdur.

Əslində, orqanizmdə hüceyrələr xüsusi mexanizm ilə tənzimlənir. Orqanizm yaşlandıqca bu mexanizm daha az səmərəli olur. Nəticədə müxtəlif orqan və toxumalarda ölmüş hüceyrələr toplanır. Hətta bölünməyə qadir hüceyrələr də qonşu hüceyrələrdən zərər görür. Nəticədə xroniki iltihabi proseslər baş verir. Zaman keçdikcə orqanizmdə hüceyrələrin bölünməsi zəifləyir və tədricən dayanır.

İmmun sistemini gücləndirmək üçün tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar. Amerikalı alimlər AP20187 adlı preparat vasitəsi ilə siçanlarda qocalmış hüceyrələri təmizləyiblər. Yarım ildən sonra məlum olub ki, siçanlar daha sağlam olub. Belə ki, onların böyrəkləri daha yaxşı işləyib, ürək döyüntüləri normallaşıb. Dəyişiklik onların davranışında da öz əksini tapıb. Belə ki, siçanlar daha cəsarətli və şən olublar. Amma alimləri ən çox başqa məqam heyrətləndirib. Belə ki, siçanların ömrü 17-35 faiz uzanıb.

Təcrübələr genetik modifikasiyası olan və preparatların təsirinə həssas olan heyvanlar üzərində keçirilib. Heç bir əks təsirin olmaması alimləri kliniki sınaqlara başlamağa və analoji təcrübəni insan üzərində də aparmağa sövq edib.

Qeyd edək ki, bu uğurlu eksperiment barədə məlumat "Nature" jurnalında dərc olunub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm