
Müasir elm övladınızın göz rəngini hələ o, dünyaya gəlməmişdən öncə bilməyinizə imkan yaradır.
Publika.az körpələrin göz rəngi ilə bağlı təxminləri təqdim edir:
Yaşıl - mavi
Tərəflərdən biri yaşıl, digəri mavi gözlüdürsə, dünyaya gələcək körpənin gözü 50 faiz ehtimalla mavi, 50 faiz yaşıl rəngdə olacaq.
Qəhvəyi – yaşıl
Valideynlərdən birinin gözü qəhvəyi, digərininki yaşıldırsa, körpənin gözünün 50 faiz qəhvəyi, 37 faiz yaşıl olması ehtimalı var.
Qəhvəyi – mavi
Bu halda da balans gözlənilir. Yəni, uşaqların göz rəngi qəhvəyi və ya mavi ola bilər.
Mavi - mavi
Mavi gözlü cütlükdən dünyaya gələn körpənin də gözləri mavi olacaq. Çünki belə uşaqların qonurgöz olmaq ehtimalı sıfırdır, 1 faiz ehtimalla gözləri yaşıl ola bilər.
Qəhvəyi – qəhvəyi
Ana-atanın gözləri qəhvəyi rəngdə olanda, dünyaya gələcək körpənin göz rəngini təxmin etmək çətinləşir. Çünki körpənin gözləri 75 faiz ehtimalla qəhvəyi, 17 faiz ehtimalla yaşıl və 6 faiz ehtimalla mavi rəngdə ola bilər.
Yaşıl - yaşıl
Həm ana, həm də ata yaşıl gözlərə sahibdirsə, körpə 75 faiz ehtimalla yaşıl, 25 faiz ehtimalla mavigözlü ola bilər.
Ləman Sultan