Papanın avtomobili 300 min dollara satıldı
Bizi izləyin

Bilgi.az

Papanın avtomobili 300 min dollara satıldı

Roma Papası Fransiskin ötən il ABŞ-a səfəri zamanı istifadə etdiyi avtomobil auksionda 300 min dollara satılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, martın 17-də başlamış hərracda təklif edilən ilkin qiymət cəmi 10,5 min dollar olub.

Lakin qiymət sonradan sürətlə artmağa başlayıb. Qara rəngli "Fiat"ən qiyməti sonradan 12 dəfədən çox bahalaşıb.

Avtomobili milyoner Mayls Nadal alıb. O, maşınların və motosikllərin toplanmasıyla məşğuldur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm