Hindistanda Maykl Ceksona heykəl qoydular
Bizi izləyin

Bilgi.az

Hindistanda Maykl Ceksona heykəl qoydular

Hindistanın Çennai şəhərində məşhur müğənni Maykl Ceksonun heykəli ucaldılıb.

3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb. Heykəlin üzərində 6 heykəltəraş çalışıb. Maykl Ceksonun heykəlini onun pərəstişkarı sifariş verib. Onun sözlərinə görə, bu heykəlin Maykl Ceksonun yaşadığı malikanənin həyətində ucaldılmasını istəyib.

Bu barədə məşhur ulduzun ailəsinə məktub yazan fanatı M.Ceksonun ailəsindən cavab gəlmədiyini görüb, heykəli doğma şəhərində ucaldıb. Heykəlin açılışında Hindistanın tanınmış aktyorları çıxış edib, Maykl Ceksonun şərəfinə hind rəqsləri ifa ediblər.

Heykəlin ümumi çəkisi 3,5 tondur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm