Bilgi.az
Müəllimlərin maaşı cücələrlə ödəniləcək
Özbəkistandakı Nukus şəhərinin hakimiyyəti büdcə vəsaitlərinin çatışmazlığı üzündən müəllimlərin məvaciblərini cücələrlə ödəmək qərarına gəlib.
"Azadlıq Radiosu"na danışan müəllimlərdən biri vəziyyəti
"rüsvayçı" kimi dəyərləndirib. Hərçənd ki, onun dediyinə görə bu,
ilk hal deyil.
"Ötən il də maaşları kartof, kök və balqabaqla ödəyiblər. Bu il
isə pul yerinə cücə verirlər. Bizə cücə lazım olsaydı, elə bazardan
alardıq".
Başqa bir şəxs məvacib ödənilərkən cücələrin qiymətinin 2,5 ABŞ
dollarından hesablandığını deyib ki, bu da bazar qiymətlərindən iki
qat yuxarıdır.
Məsələ zarafatlara səbəb olub. "Bunda nə problem var ki? Naharda
toyuq şorbası, günorta toyuq qızartması və axşam isə toyuq yeyərik.
Heç olmasa vitamin alarıq".
Özbəkistanda media sərt nəzarət altındadır və xarici mətbuatla danışanlar adlarının çəkilməsini istəmirlər.
Ölkə uzun illərdir ki, nağd pulun çatışmazlığından əziyyət
çəkir.
Məlumata əsasən, dövlət rəsmiləri iki aydır ki, maaş ala bilmədiyindən şikayət edirlər. (BBC)
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi