2000-dən çox qadını olan "dahi" məşuqlar...
Bizi izləyin

Bilgi.az

2000-dən çox qadını olan "dahi" məşuqlar...

Dünya tarixi bir deyil, iki deyil - onlarla, yüzlərlə qadınla intim münasibətdə olan bəy əfəndilərlə zəngindir. Sizə həmin məşhur və "dahi" məşuqların siyahısını təqdim edirik...

Onri de Balzak - Məşhur fransız yazıçısı

Ailə vəziyyəti: Balzak ölümündən beş ay öncə rus qrafinyası Evelina Qanskla nişanlanıb.

Övladları: Rəsmi varisləri yoxdur. Nikahdankənar övladların sayı isə dəqiq məlum deyil.

Qadınları: Məşhur yazıçının həyatında təxminən 500-ə yaxın qadın olub. Bunlar əsasən yüksək təbəqənin xanımları olub – hersoginya və qrafinyalar...

Qadınları necə ələ alırdı?: Qadınları ovsunlamaqda Balzaka yazıçılıq istedadı yardımçı olub.

Qadını ələ almaq üçün Balzaka bir məktub yazmaq kifayət edirdi. Məktublaşmanın dövrü əks cinsin möhkəmliyindən asılı idi. Aşağı təbəqənin qadın təmsilçilərinə iki-üç məktub yetirdi. Üçüncü məktubdan sonra onlar özləri yazıçının evinə təşrif buyururdular. Lakin aristokrat xanımları ovsunlamağa isə bəzən illərlə vaxt tələb olunurdu. Ancaq hər bir halda, nəticə dəyişməz olaraq qalırdı. Sonda, bu gözəl sözlərin qarşısında bütün qadınlar təslim olurdu...

Sitatları: "Qırx yaşlı qadın sənin üçün hər şey edəcək, iyirmi yaşlı qadın isə heç nə!"...

"İnadkar xanımların sevgisini yalnız ağılın və gözəl xasiyyətin yardımı ilə qazanmaq olar..."

Mao Tsze Dun - Çin kommunist partiyasının lideri

Ailə vəziyyəti: Dörd dəfə evli olub.

Övladları: Son üç həyat yoldaşından yeddi uşağı olub. Nikahdankənar övladların sayı isə tut ucundan çıx göyə...

Qadınları: Maonun intim münasibətdə olduğu qadınların sayı 1000-2000 arasıdır.

Qadınları necə alırdı?: Çin kommunist liderinin seksual iştahası çox yaxşı inkişaf etmişdi. Qadınlara olan tələbatı on dörd yaşında da, səksən yaşında da eyni olub...

Sitatları: "Başımın üstündə nə səma, nə qanun var" - Mao tez-tez bu kəlməni işlədib. Bununla o, siyasi fəaliyyətinə eyham vurmaqla yanaşı, intim həyatına da işarə edib...

Çarli Çaplin - Amerikalı aktyor və rejissor

Ailə vəziyyəti: Dörd dəfə nikah masasına əyləşib.

Övladları: On uşaq atası olub. Sonuncu övladı dünyaya gələndə Çaplinin artıq 75 yaşı vardı...

Qadınları: 200-dən çox qadınla yaxınlıq əlaqələri olub.

Qadınları necə ələ alırdı?: Qadınları ovsunlamaq bacarığına görə Çarli Çaplin özünü "dünyanın səkkizinci möcüzəsi" adlandırıb.

Aktyor daha çox gənc qızları ələ almağı üstün tuturdu. O qeyd edirdi ki, yeniyetmə qızları yoldan çıxarmaq daha asandır, nəinki kübar cəmiyyətə məxsus olan qadınları.

Çaplin xanımlara bahalı geyimləri və maşınları ilə təsir bağışlamağı sevirdi...

Sitatları: "Mən daim çalışırdım ki, eşq macəralarım işimə mane olmasın. Çünki iş mənim üçün həmişə hər şeydən üstün olub..."

Lavrenti Beriya - SSRİ kəşfiyyat idarəsinin şefi

Ailə vəziyyəti: Bir nikah.

Övladları: Oğlu və nikahdankənar bir qızı var.

Qadınları: 1000 nəfərə yaxın qadınla intim münasibətdə olub...

Qadınları özünə necə cəlb edirdi?: Lavrentiy Beriyanın demək olar ki, yeganə və ən əsas yolu zorakılıq idi... Aydın məsələdir ki, Beriyanın çox sevdiyi sovet məktəbliləri yaşlı və heç də yaraşıqlı olmayan insanın yatağına öz xoşları ilə atılmayacaqdılar...

Beriya öz həyat yoldaşını da əvvəlcə zorlamış və sonradan onunla evlənmişdi. Ancaq bu fakt da Beriyaya həyat yoldaşının yaşadığı evə 17 yaşlı xanımı gətirməsinə mane olmayıb...

1953-cü ildə siyasətçini əcnəbi kəşfiyyatçı və yerli məktəbli qızlarla intim münasibətlərinə görə güllələyirlər... Məhkəmə zamanı prokuror əlində Beriyanın 760 məşuqəsinin ifadəsinin olduğunu söyləyir. Beriya heç nəyi inkar etmir...

Sitatlar: İngilis yazıçısı Tadeus Uittlin: "Adətən Beriya maşını Qızıl Ordu teatrının qarşısında saxlayırdı. Yaxınlıqda qız məktəbi yerləşirdi. Beriya dərsdən çıxan qızları müştəri gözü ilə nəzərdən keçirir, bəyəndiyi olduqda razı halda başını yelləyirdi..."

Vudi Allen - Amerikalı aktyor və rejissor

Ailə vəziyyəti: Üç nikahı olub. Hazırda keçmiş həyat yoldaşının qəyyumluğa götürdüyü qızla evlidir.

Qadınları: İntim münasibətdə olduğu qadınların sayı 300-400 nəfərdir.

Qadınları necə ələ alır?: Qadınların qəlbini fəth etmək üçün nə qədər qəribə səslənsə də, Vudi Allen elə maraqlı olmayan xarici görünüşündən istifadə edir... Rejissor qeyd edir ki, filmə intim münasibətdə olduğun qadınları çəkmək daha asandır. Bu səbəbdən, bir çox kino ulduzları onun məşuqələri olub...

Sitatları: "Mən, sadəcə, qadınlara üstünlük verirəm. Hətta kişilərdən daha çox qadınların məndən müsahibə almalarını sevirəm. Qadınların xoşuna gəlmək üçün bəzən özümü elə göstərirdim ki, guya qədim yunan filosoflarının hamısını tanıyıram..."

Vladimir Mayakovski - XX əsrin ən görkəmli rus şairlərindən biri

Ailə vəziyyəti: Evlənməyib.

Övladları: Bir qız övladı olub.

Qadınları: İntim münasibətdə olduğu qadınların sayı 200- 300 nəfər olub.

Qadınları necə ələ alırdı?: Necə ələ alırdı? O ələ almırdı, hücum edirdi. İstədiyi qadın ona məxsus olmayana qədər rahatlıq tapmırdı. Lakin hər növbəti eşq macərasından sonra Mayakovski şair dostunun həyat yoldaşı Liliya Brikin yanına qayıdırdı.

Sitatlar: Liliya Brik: "Volodya nəinki mənə aşiq olmuşdu, o, mənə hücum edirdi. İki il yarımdan çox bir dəqiqə belə olsun, sakit dəqiqəm olmadı. Onun sevgisi sərhəd tanımırdı. Mən Osiplə məmnuniyyətlə sevgi ilə məşğul olurdum. Həmin vaxt biz Volodyanı mətbəxdə bağlayırdıq. O isə özünə yer tapa bilmirdi, qapını çırpır, sonradan hönkür-hönkür ağlayırdı..."

Lev Landau - SSRİ fiziki

Ailə vəziyyəti: Bir nikah.

Övladı: Bir oğlu var.

Qadınları: Həyatındakı qadınların sayı 400-500 arası olub.

Qadınları necə ələ alırdı?: Dahi fizik əsrin arvadbazına çevrilib. Əks cinsin nümayəndələrini Landau bir neçə yerə bölüb - gözəl, az-maz gözəgəlimli və maraqlı qadınlar. Bir sözlə, üç növ qadınlar.

Landau "kişi şəxsi həyatını necə düzgün qurmalıdır?" adlı nəzəriyyəni də yaradıb. Bu nəzəriyyəyə əsasən, kişi ailədə istədiyini edə bilər.

Sitatları: "Yadında yaxşı-yaxşı saxla, bizim nikahda qısqanclıq istisna təşkil etməlidir, məşuqələrim mütləq olacaq..."

Frenk Sinatra - Amerikalı aktyor və ifaçı

Ailə vəziyyəti: Dörd dəfə evli olub.

Övladı: Üç uşaq atası olub.

Qadınları: 1000 üstəgəl Merilin Monro!...

Qadınları necə ələ alırdı?: Bu məsələdə Sinatra çox da tərləməməli idi. Onun səsi hər bir qadının qəlbini fəth etməyə yetirdi... Frenk hər dəfə səhnəyə çıxanda hər qadın Frenkin məhz onun üçün oxuduğunu düşünürdü...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm