Olimpiyaya gedən idmançılara SOS: RÜSVAYÇILIQ - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Olimpiyaya gedən idmançılara SOS: RÜSVAYÇILIQ - FOTOLAR

2016 Olimpiya Oyunları Rio-de-Janeyroda ekoloji fəlakətin miqyasını artırıb.

Publika.az xəbər verir ki, bütün dünya alimləri Rio-de-Janeyroda ağır ekoloji vəziyyətə görə narahatlığını ifadə edib. Alimlərin apardığı tədqiqatların nəticələri acınacaqlıdır. Məlum olub ki, idmançıların, eləcə də oyunlara gələn qonaqların sağlamlığı və həyatı real təhlükə altındadır. Akvatoriyanın çirklənmə dərəcəsi şəhərdə normadan dəfələrlə artıqdır. Alimlər avarçəkən, digər olimpiya yarışlarında açıq suda üzgüçülüklə məşğul olan idmançıların sağlamlığının real təhlükə altında olması barədə artıq xəbərdarlıq edib.

Qeyd edək ki, Rio-de-Janeyro akvatoriyası çoxdan çirklənib. Yerli sakinlərin əksəriyyəti bu problemlə uşaqlıq dövründən qarşılaşıb, çirkli suda olan mikroblar ciddi xəstəliklərə yol açıb. Ekoloji vəziyyətin pisləşməsi Braziliya şəhərlərin böyük əksəriyyətinə xasdır. Ölkənin əksər çimərliklərində çirkli, üfunətli qara su adi mənzərədir.

Yerli sakinlər akvatoriyanın təmizlənəcəyinə dair on illərlə hakimiyyətdən vədlər eşidiblər, amma işlər daim təxirə salınıb. Şəhərin meri Eduardo Payes etiraf edib ki, akvatoriyanı təmizləməklə bağlı bütün cəhdlər nəticəsiz qalıb. Məlumata görə, mer mövcud vəziyyəti "rüsvayçılıq" adlandırıb, Olimpiadanın təşkilatçıları isə israr edirlər ki, Rionun suyu idmançılar və azarkeşlər üçün tamamilə zərərsizdir. Yerli hakimiyyət alimlərin çoxsaylı sorğularına heç bir reaksiya verməyib. Təşkilatçıların fikrincə, Olimpiya obyektlərinin daxilində suyun keyfiyyəti təhlükə yaratmır və kifayət qədər normaldır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm