Bilgi.az
Narkotik aludəçisi, "ayı balası" olan "Satqın" prezident haqqında GİZLİNLƏR - FOTO/VİDEO
ABŞ-ın 44-cü prezidenti Barak Obama bu gün 55 yaşını qeyd edir. ABŞ-ın ilk qaradərili prezidenti seçilənədək o, İllinoys ştatının senatoru olub. 2012-ci ildə isə ikinci dəfə ABŞ-ın prezidenti seçilib. ABŞ prezidentinin doğum günü şərəfinə onun həyatından maraqlı faktları, həmçinin Obamanın ən gülməli video və ən yaxşı sitatlarını yada salmışıq.
Obamanın həyatı haqqında bilinməyən faktlar
1. Yeniyetmə vaxtlarında Obama Baskin-Robbinsdə işləyib və elə o vaxtdan dondurmaya nifrət edir.
2. Barak Obama "Harri Porter" haqqında bütün kitabları oxuyub.
3. Onun sevimli filmləri: "Kasablanka" və "Qu quşu yuvasının üzərindən uçarkən".
4. Əgər o, siyasətçi olmasaydı, memarı ola bilərdi.
5. Yeniyetmə yaşlarında o, narkotik (marixuana və kokain) istifadə edib.
6. O, məktəb dövründə aldığı təhsil kreditini yalnız 7 il əvvəl kitabıyla bağlı müqaviləni imzaladıqdan sonra ödəyə bilib.
7. Məxfi təhlükəsizlik xidmətinin agentləri onu "Satqın" - kod adı ilə çağırırdılar.
8. Barak Obamanın nənəsi onu ayı balası deyə çağırırdı.
9. O, həddindən artıq benzin sərf edən "Chrysler 300" avtomobilini "Ford Escape Hybrid" modelinə dəyişib.
10. Onun ofisindəki iş masası bir vaxtlar Robert Kenediyə aid idi.
11. Hörümçək Adam (Spider Man) və Conan cizgi romanlarının kolleksiyasını yığır.
12. Solaxaydır.
13. Acılı yeməkləri və böyürtkənli buzlu çayı xoşlayır.
14. ABŞ prezidentində əfsanəvi boksçu Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyi var.
15. Uğur talismanı kiçik Məryəm Ana və İsa heykəli, eləcə də, İraqdakı bir əsgərdən götürdüyü qolbaqdır.
Ən yaxşı sitatları
1. "Heç bir ölkə və ya dini etiqad insanların söz azadlığı hüququndan məhrum etməməlidir. Həmçinin heç bir ölkə sevdiyi insana görə hüquqlarını tapdamamalıdır. Ona görə də biz bütün dünyada gey və lezbianların hüquqlarına əməl olunması ilə çıxış edirik".
2. "ABŞ hələ də qaranlıq keçmişi ilə mübarizə aparır".
3. "Feysbukda paylaşdıqlarınızdan ehtiyatlı olun. Nə olmasından asılı olmayaraq, bu, sizin həyatınızda nə vaxtsa yenə üzə çıxacaq!"
4. "Ümid - millətin bünövrəsidir, inam bizim taleyimizə yazılmayan, amma bizim özümüzün yazdığı qavramdır. O, dünyadan məmnun olmayan, onu dəyişmək istəyən bütün cəsarətli insanlar tərəfindən yazılır".
5. "Biz nə qədər ki, başqa kimdənsə yardım və ya doğru anı gözləyəcəyik, dəyişikliklər olmayacaq. Ancaq özündən gözləməlisən. Çünki bizə lazım olan dəyişikliklər elə özümüzük".
6. "Amerika hər bir millətin: hər bir kişi, hər bir qadın, sülhə və layiqli gələcək uğrunda çalışan hər bir uşağın dostudur. Və biz dünyanı irəliyə aparmağa hazırıq".
7. "İnanıram ki, bu ölkədə bütün homoseksual cütlüklər hər normal cütlük kimi eyni qanuni hüquqlara layiqdir".
8. "Üç ay siyasət üçün bir ömür deməkdir".
9. "Atamın qara, anamın isə süd kimi ağ olması mənim şüuruma demək olar ki, heç bir təsir göstərmədi".
10. "Daha mənim seçki kampaniyalarım olmayacaq. Mən bunu bilirəm, çünki hər ikisində qələbə qazandım".
11. "Biz amerikalılar və islam dini arasında müharibəyə yol verməməliyik. İŞİD islam dinindən danışmır. Bu, hər yerdə ölüm saçan başkəsənlərdir. Onlar bütün müsəlmanlarda da hiddət doğurur".
12. "Biz insan hüquqlarına inanırıq. Necə görünməyindən, hansı dinə və irqə mənsub olmağından asılı olmayaraq, sən ilk növbədə insansan".
13. "Mənim və gələcək prezidentin başlıca vəzifəsi - əhalinin təhlükəsizliyini qorumaqdır. Biz heç zaman unutmamalıyıq ki, azadlıq qorxuya qarşı ən böyük qüvvədir. Əgər hər şeyi bir millət olaraq qarşılasaq, xilas olacağıq".
14. "Biz güclü strategiya qurur və bu missiyaya bütün gücümüzü qoşuruq".
15. "Yeddi il ərzində mən hər səhər deyirəm ki, antiterror təhlükəsizliyi sistemini möhkəmləndirmək lazımdır, çünki bilirəm ki, bu, əsl təhlükə kəsb edir. Başa düşürəm ki, bu, hər bir Amerika vətəndaşı üçün vacibdir, çünki bizim hamımızın uşaqları, o cümlədən mənim də iki qızım var".
16. "Mən bir şeyi bilirəm - terrorçuluğa qalib gəlməyin real yolu hamının ona qarşı işləməsidir. Biz İŞİD-i və ölkəmizi təhdid olan hər hansı digər təşkilatı məhv etməyə hazırıq".
17. "Biz internet vasitəsilə terror təbliğatını dayandırmaq niyyətindəyik".
Aytən
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü