Bilgi.az
Nuh tufanının izləri - SÜBUTLAR HAMINI MAT QOYDU-FOTO-VİDEO
Publika.az Nuh peyğəmbərin çıxdığı, yaşadığı yer haqqında yazını təqdim edir.
Tufan, Hələgəz dağı, Gəmiqaya tufandan sonrakı həyat
"…Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu…". "…Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en" ("Hud" surəsi, ayə 44, 48). Bəzi ehtimallarla görə, tufan 6 ay çəkir. Nəhayət, Nuhun gəmisi uca bir dağın başında oturur. Tufandan sonra həyat yenidən canlanır. Hər dişi və erkək heyvandan balalar törəyib çoxalır, insanlar da Nuhun üç oğlunun nəslindən artırlar. Buna görə, Adəmdən sonra insanların ikinci ulu əcdadı - ikinci ümummilli babası Nuh Peyğəmbər sayılır.
Bibliyada Nuh tufanı
Əksər dinlərdə və ilahi kitablarda Nuh tufanı qeyd olunur.
Bibliyada oxuyuruq: "Həyat nəfəsi olan bütün canlılardan cüt-cüt
Nuhun yanına gəlib gəmiyə mindi. Allahın Nuha əmr etdiyi kimi,
bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların
dalınca Rəbb gəminin qapısını örtdü" (Yaradılış 7:13-16). Bibliyaya
görə, Nuh gəmini 120 il ərzində tikir, gəmiyə minmə isə 7 gün
çəkir. Yer üzündə 40 gün 40 gecə yağış yağır (Yaradılış 7:11,12).
365 gündən sonra adamlar və heyvanlar gəmidən çıxırlar. Nuh Allaha
qurban kəsir. Yəhudilikdə bu, ilk qurban sayılır. Bundan sonra bir
də tufan olmayacağına şəhadət kimi göy qurşağı çıxır.
Nuh daşqınına əlavələr olunan uydurmalar…
Nuh tufanı haqda Avropa, Asiya, Amerika, Avstraliya və digər bölgə
xalqlarında 200-dən artıq əfsanə mövcuddur. Mesopotamiyada aparılan
arxeoloji tədqiqatlar zamanı tapılan gil lövhələrdə bütün Yer
kürəsini su basması haqda Şumer əfsanəsi yazıldığı aşkar olunub.
Lakin bu əfsanələrdə də uydurmalar, həqiqətlə uzlaşmayan "faktlar"
çoxdur.
Bütün dünyanı su basıbmı?
Əfsanələrdə olduğu kimi, Tövratda da bildirilir ki, Nuh tufanı
bütün Yer kürəsini bürüyüb. Lakin Quran bu tufanın yalnız Nuhu
inkar edən qövm üçün göndərildiyini bəyan edir. Yəni bu tufan
müəyyən coğrafi ərazidə baş verib.
Belə ki, qazıntılar nəticəsində məlum olur ki, Nuh tufanı bütün
Yer üzündə deyil, Mesopotamiya ovalığında, müasir İraq ərazisində
baş verib. Buradan məlum olur ki, Quran versiyası elmi faktlarla
tam şəkildə üst-üstə düşür.
Tufan bütün Yer üzündə baş verməyib
Nuh tufanının e.ə. III-IV minillikdə baş verdiyi güman edilir. XX
əsrdə arxeoloqlar Nuh tufanının izlərini tapmaq üçün genişmiqyaslı
tədqiqatlara başlayır. Nəticələr uğurlu olur! Tufanın izləri qədim
Mesopotamiyanın 4 şəhərində tapılır. Tufan zamanı Mesopotamiyanın
düzənlik hissəsi, Elamdan Suriya yaylasınadək su altında qalıb.
Məlum olur ki, bu 4 şəhərin mədəniyyətləri güclü tufan nəticəsində
məhv olub. Arxeoloji qazıntılar zamanı qədim dövrə aid
qəbiristanlıqla, əmək alətləri ilə yanaşı, lilin çıxması
tədqiqatçıların təəccübünə səbəb olub. Burada tapılan alətlər və
saxsı qabların üzərindən lil təbəqəsi təmizləndikdən sonra,
Mesopotamiyanın bu bölgələrində tufan olduğu təsdiqlənir. Lil
nümunələrinin mikroskopik analizi göstərir ki, qalın lil təbəqəsi
buraya çox güclü tufan nəticəsində çöküb. Özü də burada aşkar
olunan lil kütləsi təkcə Mesopotamiyada rast gəlinir. Bu mühüm fakt
onu sübut edir ki, tufan yalnız Mesopotamiya düzənliyində baş
verib. Beləliklə də, elmi şəkildə sübut olunur ki, Nuh tufanı
əfsanələrdə deyildiyi kimi, bütün dünyanı deyil, müəyyən arealı
əhatə edib.
Nuhun gəmisi Azərbaycanda enib! Naxçıvan Nuh çıxan torpaqdır
Bu həqiqəti aparılan ciddi elmi araşdırmalar və keçirilən
beynəlxalq elmi simpozium da təsdiq edir.
Qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın deyil, həm də
dünyanın ən qədim yaşayış məskənlərindəndir.
Nuh peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar faktların Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir. 7500 il bundan əvvəl baş verən dünya tufanı Nuh və ona iman gətirənlərin mindiyi gəminin Naxçıvanda quruya çıxması və insanların burada məskən salması dünya şöhrətli alimlərin araşdıraraq gəldikləri elmi nəticələrdə də öz əksini tapıb.
Qədim yunan alimi Klavdi Ptolemey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlamış, XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavinin də bu barədəki araşdırmaları tam həqiqətə uyğundur. Alim Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edir. Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləyiblər. XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə maraqlı məlumatlar verir. O qeyd edir ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hətta, Nuh peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Keçən əsrin əvvəllərində, daha doğrusu 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürüb.
Onu da qeyd edək ki, bəzi mənbələrdə Nuh türbəsi ikimərtəbəli kilsə kimi qələmə verilib. Ancaq bu yanlış fikirdir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, akademiyanın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyev deyir ki, kilsələrin hamısı birmərtəbəli olur. Bu ikimərtəbəli memarlıq abidəsi isə yalnız müsəlman türbələri üçün xarakterikdir. Və bizim o ərazidə apardığımız tədqiqatlar bunu bir daha sübut elədi ki, bu abidə müsəlman memarlığının bir nümunəsidir. Tarixi ədəbiyyatda bu abidənin qədim dövrdə mövcud olduğu, VIII əsrdə bərpa edilməsi ilə bağlı məlumatlar maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, abidə XII əsrdə də müsəlman-səlcuq memarlıq üslubunda yenidən tikilib. Təbii aşınmalar nəticəsində abidə yenidən dağılıb. Qazıntılar zamanı yalnız abidənin bünövrəsi aşkara çıxarılmışdır.
Sübutlar
Ümumiyyətlə, Nuh peyğəmbərin Naxçıvanda yaşaması və burada vəfat
etməsi barədə yüzlərlə elmi sübut və dəlil var. Ancaq bu zaman belə
bir sual ortaya çıxır: Bəs, son vaxtlara kimi bu abidə barədə niyə
söhbət açılmayıb? Çünki sovet hakimiyyətinin elə ilk illərində
həyata keçirilən ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim
dövrlərindən Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə
tarixi abidə kimi Nuh peyğəmbərin məzarüstü türbəsi də məhv edilib.
Düzdür, Nuh peyğəmbərin qəbirüstü türbəsi Naxçıvanda Sovet
hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanın
ziyarətgahına çevrilmişdir. Lakin Sovetlər birliyi dövründə "Nuh -
Naxçıvan" mövzusu qadağan olunmuş, elmi ədəbiyyatlarda
işlədilməsinə icazə verilməmişdir. Məsələn, Naxçıvanda nəşr olunan
"Sovet Naxçıvanı" qəzetinin 1986-cı il 30 yanvar tarixli nömrəsində
Nuhun gəmisinin Naxçıvan ərazisindəki Gəmiqayada quruya çıxması,
buradakı runik yazılarda gəmi təsvirinin verilməsi barədə
fikirləri, bütövlükdə Nuh peyğəmbər və Naxçıvan əlaqələrinə dair
elmi təhlilləri özündə əks etdirən "Xalqımızın mənlik heykəli" adlı
yazının dərc edilməsi mərkəzi hakimiyyət tərəfindən ciddi etirazla
qarşılanıb, "Nuh əyyamı" dövrünün əfsanəvi süjetini milli iftixar
mövzusu kimi qələmə verdiyinə görə" qəzetin rəhbərliyi ciddi
cəzalandırılıbdır.
Qədim Naxçıvanda Naxçedəniz, İlandağ, Gəmiqaya, Nəbi yurdu,
Nuhtaban, Nəhəcir, Nəsirvaz, Nehrəm, Nuh türbəsi və sair
toponimlərin Nuhla bağlılıq ehtimalı tarixi qaynaqlarda öz əksini
tapıb. Qeyd olunan toponimlərin Naxçıvan diyarındakı məşhur
Gəmiqayaya yaxın ərazilərdə olmasını Nuhun tufanı hadisəsinin bu
regionla bağlılığı ehtimalını daha da qüvvətləndirir.
Göründüyü kimi, özündə qədim tarixin izlərini əks etdirən çoxsaylı
toponimlər Naxçıvan diyarının dünya tufanı, Nuh hadisəsi ilə
əlaqədar olduğunu açıq-aşkar diqtə edir. Naxçıvan sözünün
etimologiyası ilə bağlı aparılan elmi araşdırmalar da bir daha
sübut etdi ki, Naxçıvan sözü "Nuh" ifadəsi ilə bağlıdır və
"Naxçıvan" "nuhçular"ın, "Nuh tərəfdarlarının məskəni"
deməkdir.
Naxçıvan ərazisindəki Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan, 3906 metr yüksəklikdə yerləşən Qapıçıq zirvəsi bəşəriyyətin babası həzrəti Nuh peyğəmbərə dünya tufanından sonra torpağa qədəm basmaq üçün açılmış kiçik qapı, yaxud ilk giriş yeridir. Üstü ilin bütün fəsillərində qarla örtülü olan Qapıçıq zirvəsi sanki dünya sularında Nuh peyğəmbərin xilaskarlıq simvolu kimi qaldırdığı ağ bayrağın rəmzi kimi də görünür. Qapıçıq, eyni zamanda Nuh peyğəmbərin əfsanəvi gəmisinin birinci limanı, ilk dayanacağı da deməkdir. Qapıçıq zirvəsində Gəmiqayadan qaynayıb çıxan Baca bulağı çeşməsi insanlığı Dünya tufanından xilas etmiş Nuh peyğəmbərin şərəfinə qaldırılmış həyat piyaləsinə bənzəyir.
Qapıçıq nöqtəsindən süd kimi köpüklənərək üzü aşağı iki min metrədək məsafədə Nəsirvaz kəndinə qədər böyük sürətlə axan Baca bulağı suları sanki Gəmiqayanın zirvəsinə qalxmaq üçün istifadə olunan alpinist kəndiridir. Ordubad rayonundakı Nəsirvaz kəndinin adı "Bilqamıs" dastanında Nuh peyğəmbərlə əlaqədar təsvir olunan Nisr dağını yada salır. Gəmiqayanın yüksək ətəyindəki Nəbi yurdu (Nuh-Nəbi yurdu) Dünya tufanından sonra artıq burada ilkin məskunlaşmanın başlandığı məkan mənasını daşıyır. Bu ərazidəki Qaranquş yaylağı Nuh peyğəmbər əsatirindəki dimdiyində dəfnə yarpağı gətirən, yaxud caynaqları palçığa batmış vəziyyətdə gəmiyə geri qayıtmış qaranquş əhvalatının yadigarıdır. Gəmiqaya rəsmlərində bir neçə vəziyyətdə qaranquş təsvirləri qeydə alınıb. Gəmiqaya yüksəkliyinin sağ yaxasındakı Xəzər obası toponimi Nuh peyğəmbərin oğlu Yafəsin törəmələrindən birinin adını yaşatmaqla yanaşı, ilkin məskunlaşma dairəsinin genişlənməsini əks etdirir.
Haçadağ - İlandağ Nuh peyğəmbərin Dünya tufanının başa çatdığını və bəşəriyyətin yeni həyatının başlandığını elan etdiyi möhtəşəm xitabət kürsüsü - Elandağı təəssüratı yaradır. Haçadağdan üzü arana doğru olan ərazidəki Peyğəmbər ayağı sahəsindəki 52 ayaq izi yeri, yaxud təsviri həyati proseslərin ilkin məskunlaşmadan oturaq məkana doğru inkişaf etdiyini əks etdirir. Nəhayət, Naxçıvan şəhərinin cənub hissəsindəki Nuhdaban, adından da göründüyü kimi, həzrəti peyğəmbərin ayaq saxladığı, dabanını yerə basdığı, yəni oturaq həyat qurduğu yerin adıdır. Nuh peyğəmbərin məzarının da Nuhdaban adlı sahədə olması buranın çox qədim tarixə malik olduğunu göstərir.
. Xalq arasında yaşayan rəvayətlərdə Köhnə Qalanın təxminən iki min dörd yüz il əvvəl Naxçıvan şəhərinin Makedoniyalı İskəndərin hərbi yürüşlərindən qorunmaq üçün tikildiyini bildirən məlumatlar da yer almaqdadır. Bununla belə, bizim ehtimalımıza görə bəlkə də Köhnə Qala ilkin olaraq Nuh peyğəmbərin məzarının - mavzoleyinin mühafizəsi üçün salınmış, tədricən Nuhdabanın-Nuhçıxanın-Naxçıvanın müdafiəsi məqsədilə genişləndirilmiş və inkişaf etdirilibdir. Beləliklə, Qapıçıqdan, Gəmiqayadakı Nəbi yurdundan başlamış məskunlaşma prosesləri Nuhdaban oturaq məkanının salınması ilə başa çatıb.
Nuh peyğəmbərin vəfatından sonra naxlar, nuhlar, peyğəmbərin tərəfdarları bu yeri onun şərəfinə Nuhçıxan adlandırıblar. Naxçıvan şəhər adı da Nuhçıxandan yaranıb. Məsafə etibarilə çox yaxın ərazidə qədim Duzdağ mədənlərinin yerləşməsi Naxçıvanda şəhər tipli yaşayışın formalaşmasında mühüm rol oynamışdır. Mənbələrdə Duz dağının da Nuh peyğəmbər tərəfindən aşkar edilməsi və işə salınması haqqında məlumatların olması Naxçıvanda ilkin şəhərin yaranmasının qədim tarixinə dair mövcud təsəvvürləri elmi şəkildə tamamlayır. Böyük yaşayış məskəni üçün zəruri sayılan ibadət yerinin - Əshabi-kəhf ziyarətgahının da Nuhdabana çox yaxın məsafədə olması Naxçıvan ilkin şəhəri haqqında anlayışlara dayaq verir. Hətta Nuhdaban şəhər tipli yaşayış yerinin altında dərin mağara tipli sığınacaqların, kəhrizlərin mövcudluğu da ilkin şəhər mədəniyyəti mənasında Nuhdaban-Nuhçıxan-Naxçıvan ehtimalını qüvvətləndirir.
Bütün bunlar Naxçıvanın ilkin səhər mənasında beş min illik qədim tarixə malik olduğunu düşünməyə əsas verir. Ona görə də dünyadakı digər qədim yaşayış yerləri kimi, Naxçıvan şəhərinin də tarixini müəyyən edərkən arxeoloji tədqiqatlarla bərabər, mifologiyaya və toponimikaya dair materiallara da istinad etməyin, problemə kompleks yanaşmağın diqqət mərkəzinə çəkilməsi daha obyektiv yanaşma olardı.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı