Bilgi.az
Üfunət iyi verən dahilər haqqında 7 DƏHŞƏTLİ FAKT - FOTOLAR
Dahilər həmişə öz qəribəlikləri ilə başqalarından fərqlənib.
Publika.az bu yazıda oxucuları 7 məşhur kişi haqqında dəhşətli faktlarla tanış edir. İlk olaraq onu qeyd edək ki, onların heç biri yuyunmurdu və çirkli corab kimi iylənirdilər. Lakin bu, onlara əbədi olaraq tarixdə qalmağa mane olmayıb!
Lüdviq van Bethoven
Bəstəkar heç vaxt çimmirdi, ona qəzəblə baxıb burnunu tutanlara isə səbəbini borulardakı qurğuşundan zəhərlənməkdən qorxması ilə izah edirdi. Və əlavə edirdi: "Mənim paranoyam yoxdur!" Lakin Bethoven yatanda dostları onun evinə gizlicə girib və onun paltarını ehtiyatla sildilər.
Mao Tsedun
Maoizmin ixtiraçısı heç vaxt yuyunmur və dişlərini təmizləmirdi. O, deyirdi ki, pələnglər də heç vaxt yuyunmur və dişlərini təmizləmir. Bununla mübahisə etmək çətin idi. Halbuki, ulduz falına görə, Mao İlan ili idi. Amma Mao yaşa dolanda onu xüsusi səlahiyyətli insanlar kimi isti və nəmli dəsmallarla silirdilər.
Çarlz Hovard Norfolk 11-ci hersoqu
Aristokratın birnəfəsə bir neçə steyk yemək adəti və öz bədənini sabunla heç vaxt təhqir etmək kimi qəribə vərdişi vardı. Buna baxmayaraq, qulluqçular hersoq içdiyi şərabın təsirindən yuxuya gedən kimi öz "Çirkli hersoqlarını" yaş dəsmalla yuyurdular.
Henrix IV, Fransa kralı
"Xeyirxah" kralın bir devizi "Mən öz rəiyyətimdə bazar günləri hər kəsin süfrəsində toyuq yeməyi olmasını arzu edirəm" idi. Yəqin ki, ikinci əsas devizi də belə səslənib: "Mən yuyunmaq istəmirəm və yuyunmayacam, bəsdir, məni təqib etdiniz!" Bu barədə tarix sussa da, əldə edilən bəzi məlumatlara görə, Henrix yuyunmağı sevməyib. Sarayın əfsanələrinə görə, kralın həyat yoldaşı Mariya Mediçi bəylə ilk dəfə görüşəndə Henrixin parlaq kişi xarizmasından huşunu itirib. Yəni, qoxusundan.
Prussiya kral II, böyük Fridrix
Məlum olduğu kimi dahilərə öz istədiyini etməyə icazə var idi. Prussiya ərazisini iki dəfə genişləndirdikdən sonra Fridrix borcunu yerinə yetirdikdən sonra sevimli sarayından uzaqlaşıb istirahətə yollanır. O, lavertoka (it cinsi) sürüsü ilə gedir, lakin onların ardınca qulluqçuların gəzməsi qadağan edilmişdi. Xüsusi xırdaçı tədqiqatçılar iddia edirlər ki, sarayın bəzi zallarında itlərin çirkablarının hündürlüyü 20 sm-ə çatırdı. Qoca kral da gigiyenadan qaçırdı: O, öldükdən sonra qulluqçular kralın paltarlarını dəyişəndə aşkar etmişdilər ki, köynək onun belində tərdən çürüyüb.
Hovard Hyuz
Ekssentrik milyarder və sadəcə, aviasiya pionerinin xüsusilə də həyatının son illərində gigiyena məsələlərində ikili standartları var idi. Bir tərəfdən, Hyuz tələb edirdi ki, onun qulluğuna gələn hər kəs təmiz olmalı və mütəmadi olaraq yuyunmalıdır. Digər tərəfdən, o özü aylarla çimmir, dırnaqları və saçlarını kəsmir, yalnız əllərini yumaqla kifayətlənirdi.
Karl Marks
Marksizm təşəbbüsçüsü hesab edirdi ki, təmizlik qalıqdır və buna görə də burjua xəstəliyinin qurbanı olmamağa qərar vermişdi. Əvəzində çoxsaylı dəri xəstəliklərindən əziyyət çəkib. Amma belə görünür ki, iqtisadçı öz adətini heç vaxt dəyişməyib.
Aytən
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO