Müəllimin toyunda möhtəşəm sürpriz - VİDEO
Bizi izləyin

Bilgi.az

Müəllimin toyunda möhtəşəm sürpriz - VİDEO

31 yaşlı Li MakDauell iki ildən bəri qeyri-rəsmi nikahda yaşadığı 27 yaşlı Keti ilə toyunu yaddaqalan, unudulmaz etmək istəyirdi. Və o, məqsədinə çatıb.

İngiltərənin Cənubi Eyrşir qraflığındakı Eyr şəhərində yerləşən "Forehill Primary School"da müəllim işləyən Li MakDauell toyuna dərs dediyi sinfin şagirdlərini dəvət etmişdi.
Toyda Li qəflətən ayağa durub və deyib: "İndisə xanımım Keti ilə bütün qonaqlara sürprizim var. Səsim yoxdur, mahnı oxuya bilmirəm. Amma kiçik mahnı bəstələmişəm və onu uşaqlar oxuyacaqlar".

Bu dəm restoran salonundakı böyük arakəsmələr aralanıb və qonaqlar 3-cü sinif şagirdlərindən ibarət xoru görüblər.

Xordakı uşaqların əllərində tutduqları kağızlara yazılmışdı: "Gəlin çox gözəldir", "Əladır!", "Məşhur aktrisaya bənzəyir!", "Makiyajına söz ola bilməz".

Linin gitarada ifası ilə müşayiət olunan mahnı gəlini və qonaqları xeyli güldürüb.

"Toyunuzda belə sürpriz üçün təəssüflənirik,
Amma oxumasaq, müəllimi bizə yaxşı qiymət verməyəcək.
O, həmişə deyir ki, sizi sevir,
İndi görürük ki, ondan daha ağıllı və gözəlsiniz...

Həmişə bir yerdə olun,
Hər şeyə rəğmən,
O, həmişə yanınızda olacaq,
O, sizi həyatından artıq sevir...

Mister MakDouelli tək qoymayın, xətrinə dəyməyin,
Belə olanda o, naharını unudur, axmaq geyimlər geyir, daim deyinir,
Onu bəxtəvər edin ki, biz də sevinək,
Çünki onun xətrinə dəysəniz, acığını bizdən çıxacaq..." - uşaqlar oxuyublar.

Keti bu mahnıya qulaq asanda kövrəlmişdi. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm