Bilgi.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 11-15°, gündüz 22-27° isti, Bakıda gecə
13-15°, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 11-16°, gündüz 27-32°, bəzi yerlərdə 34° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi
yerlərdə duman olacaq.
Temperaturun gecə 11-16°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 10-15°, gündüz 24-29° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 13-17°, gündüz 27-32°, bəzi yerlərdə 34° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər
dağlarda duman olacaq.
Temperaturun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°
isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin
normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən
əlverişlidir.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO