Bilgi.az
Kainatın sonu belə olacaq - VİDEO, FOTO
Yerin və ümumiyyətlə Kainatın sonunun baş vermə prosesinin modeli hazırlanıb.
"The Far Future of the Universe" ("Kainatın uzaq
gələcəyi") adlı videonun müəllifi Co Hensonun (Joe Hanson) 100 min
il sonra planetimizin kainatdakı mövqeyi o dərəcədə dəyişəcək ki,
səmadakı planet və cisimlər tam fərqli görünəcək.
500 min il ərzində yerə nəhəng asteroid düşəcək və
planetimizdə iqlim büsbütün dəyişəcək.
600 milyon il sonra Yerin üst qatında
karbohidrogenlərin miqdarı ifrata çatacaq, planetimizdə fotosintez
mümkünsüz olacaq.
1 milyard il sonra isə Yerdə bütün həyat yox
olacaq, çünki temperaturu fasiləsiz artan Günəş bütün okeanları
qurudacaq, bitkiləri yandıracaq.
4 milyard il sonra Süd Yolu tədricən Andromeda
qalaktisası ilə birləşəcək. Hər iki qalaktikadakı 1 trilyon ulduz
və planetdən sadəcə, 6-sı toqquşaraq dağılacaq.
3,9 milyard il sonra Günəşdə qaz bitəcək, o
genişlənməyə başlayacaq, Venera və Merkuri planetlərini udacaq. 9,5
milyard il sonra Günəş sönəcək, kiçik və ağ rəngli cırtdan planetə
çevriləcək.
Kainatın özündə isə genişmiqyaslı dəyişikliklər
150 milyard il sonra başlanacaq. Kainatın genişlənməsi nəticəsində
istisnasız olaraq bütün qalaktikalar Süd Yolundan nəhəng məsafəyə
ayrılacaqlar. Daha 850 milyard il sonra yeni ulduz və planetlərin
yaranma prosesi dayanacaq, 110 trilyon il sonra son ulduz
sönəcək.
1 kvadrilyon il sonra Yer planetindən qalan səma
cismini qara cırtdan planetə çevriləcək Günəş udacaq. Sonra bütün
materiya o qədər seyrəkləşəcək ki, mahiyyət etibarilə Kainatın
özündən əsər-əlamət qalmayacaq./anspress
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO