Bilgi.az
Öküzlər şəhərin küçələrinə buraxıldı
İspaniyanın Pamplona şəhərində ənənəvi San Fermin
Festivalı start götürüb.
ANS TV-nin məlumatına görə, hər il 200 mindən çox yerli sakini və
turisti cəlb edən bu festivalı maraqlı edən, təhlükəli öküzlərin
şəhərin küçələrinə buraxılmasıdır. Festivalın digər iştirakçıları
olan insanlar isə öküzlərə yaxın qaçmaqla öz cəsarətlərini nümayiş
etdirirlər.
Turist Nikolas Trotusun sözlərinə görə, bu yarış insana əsl həyəcan
verir: “Məhz bu festivalda iştirak etmək üçün gəlmişəm və maksimum
adrenalin almaq istiyirəm”.
Qeyd edək ki, San Fermin Festivalı 1590-cı ildən bəri təşkil
olunur. İspaniyada korrida və bu kimi müsabiqələrin bir çox bölgədə
ləğv olunmasına baxmayaraq, bu tədbir hələ də insanları özünə cəlb
edir.
Şəhərdə çoxsaylı turstlərin olmasını da nəzərə alaraq şəhər
rəhbərliyi festivalın davam etdiyi müddətdə polis qüvvələrini
səfərbər edəcək.
İyulun 14-dək davam edəcək festivalda öküz qaçışları arenalarda
matador döyüşləri ilə başa çatacaq
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək