Bilgi.az
Dənizdə hicabla çimən qadının əri danışdı- Foto
“Biz çimərliyə getmişdik ki, həyat yoldaşıma üzməyi
öyrədim. Amma bundan şou duzəltdilər”.
Bu barədə ANS PRESS-ə bir neçə gün öncə şəkli Bakı çimərliklərinin
birində çəkilərək sosial şəbəkədə yayılmış qadının həyat yoldaşı
danışıb.
“Biz türkiyəliyik. Bəlkə də Türkiyədə olsaydıq, çimərliyə
getməzdik. Azərbaycanı Türkiyəyə baxanda belə məsələdə daha
tolerant, daha inkişaflı ölkə sayırıq. Həyat yoldaşıma üzməyi
öyrətmək istəyirdim. Buna görə dənizə girdik. Amma şəklimizi sosial
şəbəkəyə yerləşdirdilər və məsələdən başı çıxan-çıxmayan hər kəs
haqqımızda ağzına gələni yazdı. Məgər hicablı qadın dənizə girə
bilməz? Ona görə də, haqımızı bu dedi-qodu yazanlara halal etmirəm.
Bizə Ramazan bayramını haram etdilər”,- deyə türkiyəli kişi
bildirib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan şəkillərdə sözügedən xanımın
və həyat yoldaşının islami qaydalara uyğun davrandığı açıqca
görünür. Yəni qadının o şəkildə dənizə girməsi nə təqvanı, nə də
qadının tutduğu orucu pozmur. Çünki şəkildən görünür ki, qadın
başını suya soxmur. Buna görə də sosial şəbəkədə şəkilin altından
layiq olmayan sözlərin yazılması anlaşılan deyil.
Əslində, bütün bu problemlərin kökündə cəmiyyətin, jurnalistin və
s.-in məlumatsızlığı durur və həmin hicablı mömünədən, həm də bu
məsələdə haqqı tapdanmış bütün ana və bacılarımızdan buna görə üzr
istəyirik.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi