Bilgi.az
11 milyardı var, “ağlayır”
Kral ailəsinə mənsub deyil. Amma Səudiyyə Ərəbistanının ən varlı şəxslərindən biridir. Aktivləri 45 milyard dollar səviyyəsində qiymətləndirilən, dünyanın ən böyük 22 bankından biri sayılan İslam bankı “Əl-Raci”nin sahibidir. İlk qazancını səhrada valyuta dəyişməklə əldə edib. 2011-ci ildə sərvəti 7,7 milyard, 2013-cü ildə 6 milyard, 2014-cü ildə 11 milyard dollar həcmində qiymətləndirilib.
Söhbət Süleyman Əbdül Əziz Əl-Racidən gedir.
Publika.az “Milyonçu” layihəsində Süleyman Əbdül Əziz
Əl-Racinin varlanma hekayəsini təqdim edir.
Süleyman Əbdül Əziz Əl-Raci 1920-ci ildə yoxsul ailədə anadan
olub.
Əbdül Əziz ilk qazancını böyük qardaşı Salehlə birgə
aclıq və səfalət çəkərkən əldə edib – onlar
Necda səhrasından Məkkə və Mədinəyə gedən zəvvarlara səyyar
valyutadəyişmə xidməti göstəriblər.
Əbdül Əziz bir qədər kapital topladıqdan sonra valyutadəyişmə ofisi yaradıb və səyyar pul dəyişdirməyə son qoyub. 1957-ci ildə qardaşları Saleh, Məhəmməd və Abdulla da ona qoşularaq, birgə “Al-Raci” islam bankını təsis ediblər. Sonradan bu müəssisə böyüyərək ölkəsində ən sərfəli biznes qurumuna çevrilir. Bir müddət sonra “Al Raci Bank Investment Corp” adlanan bank hazırda dünyanın 22 ən böyük maliyyə müəssisənin sirasına daxildir.
Qardaşların biznesinin parlaq dövrü isə 1970-ci ilə təsadüf edir. Göstərilən tarixdə neft bumu və çoxsaylı miqrant işçi qüvvəsi bankın dövriyyəsinə təsir göstərir.
Kral ailəsindən olmayıb qazananlar
Səudiyyə Ərəbistanında biznesin əsas sahələrinin kuratoru kral
ailəsinin mənsubları sayılır. Əl-Raci qardaşları Səudiyə
Ərəbistanında yeganə adamlardır ki, ailədən olmasalar da,
iqtisadiyyatın bir sıra sahələrində iş qurub şəxsi biznes
yaradıblar. Onların gəlirlərinin əsasını bankçılıq təşkil etsə də,
biznes maraqları bununla məhdudlaşmayıb. Qardaşların gips və polad
sənayesində, kənd təsərrüfatı, tikinti, eləcə də iqtisatiyyatın
digər sektorlarında investisiyaları var. Ailə holdinqi “Al-Watania”
isə Yaxın Şərqdə və dünyada ən böyük quşçuluq yemi istehsal edən
şirkətdir. Kral ailəsinin quşçuluq fabrikləri onların birinci
müştəriləridir.
Əl-Raci ailəsinə məxsus “Tameer Holdings” tikinti şirkəti 270
milyon dollara Dubayda 91 mərtəbəli göydələn inşa edib.
Terrorçulara maliyyə ayırmaqda
günahlandırılır
Tam İslam bankçılığı prinsipləri ilə fəaliyyət göstərən “Al Rajhi
Banking and & Investment Corp“a gəlincə, bank maliyyə
sabitliyinə, ödəmə qabiliyyətinə, xidmətlərinin keyfiyyətinə görə
təkcə Səudiyyə Ərəbistanında deyil, bütövlükdə regionda lider
sayılır. “Əl-Raci” son illər neftin qiymətinin artmasından böyük
gəlirlər əldə edib. İki il əvvəlki məlumatlara görə, “Əl-Raci”nin
aktivləri 45 milyard dollar səviyyəsində olub.
Mərkəzi ofisi Riyadda yerləşən bank Səudiyyə
Ərəbistanın ən böyük bank təşkilatıdır. Bankın altı regional ofisi,
təkcə Malaziyada isə 24 filialı var. Ailə bankı kimi fəaliyyət
göstərən “Əl-Raci”nin hissələri dörd qardaş arasında bərabər
bölünüb. Bankın hissədarı, böyük qardaş Salehin ölümündən sonra
onun “Əl-Raci”dəki payı 24.6%-dən 20% faizə düşsə də, bu hissələr
ailəsinə təslim edilib.
Bu arada “Al Rajhi Banking and & Investment Corp” 11 sentyabr
terrorunu maliyyələşdirməkdə günahlandırılan banklardan biridir.
Lakin şirkət bu ittihamları təkzib edir.
Sərvətinin yarısını xeyriyyəyə
xərcləyir
Kral Əbdül Əzizin Universitetində mədəniyyət elmləri üzrə bakalavr
dərəcəsi alan Əl-Raci 2011-ci ildə sərvətinin yarısını xeyriyyəyə
xərclədiyini açıqlayıb. Kral ailəsindən sonra ikinci biznes
subyekti kimi vətənində Sulaiman Alrajhi Universitetini yaradıb. Bu
təhsil müəssisəsi mənfəətsiz fəaliyyət göstərir. Orada diqqət təkcə
islam bankçılığına deyil, digər elmlərə də yönəldilib.
“Təkcə paltarım qalıb”
Milyarder haqqında diqqəti çəkən məqam onun övladlarının sayıdır.
Süleyman Əbdül Əziz Əl-Racinin 7 arvadı var. Bəzi mənbələrdə
övladlarının sayının 31, bəzilərində isə hətta 60-dək olduğu
göstərilir. Bundan əlavə, o, sərvəti haqqında danışanda: “Təkcə
paltarlarım qalıb. Başqa heç nəyim yoxdu” deyir. Pulunu uşaqları
arasında böldüyünü, bir qismini isə xeyriyyə tədbirləri məqsədilə
kənara qoyduğunu iddia edir: “Uşaqlığımda yaşadığım aclıq və
səfalətlə mübarizə aparmalıyam”.
Maraqlıdır ki, milyarder varidatının nə qədər
hissəsini uşaqlarına, nə qədərini isə xeyriyyəyə ayırdığını
açıqlamır. Onu da qeyd edək ki, Süleyman Əbdül Əziz Əl-Raci SAAR
Fondunun ( xeyriyyə təşkilatları şəbəkəsi, beyin mərkəzi, biznes
strukturlarının dəstəklənməsi məqsədi daşıyır) yaradıcısıdır. Onun
adı dünyanın ən məşhur 500 müsəlmanının sırasına daxil
edilib.
Hər qəpiyini yazır
Doxsan dörd yaşında belə, Süleyman Əbdül Əziz sabah namazından
dərhal sonra işə gedir. Milyarder əsas diqqətini SAAR Fondundakı
fəaliyyətinə, krallığın ayrı-ayrı bölgələrinə səfərlərə yönəldib.
Yeri gəlmişkən, onu kral ailəsi də yaxından dəstəkləyir.
Bizneslərinin sürətli inkişafında bu fakt böyük rol oynayır.
Süleyman Əbdül Əzizlə bağlı daha bir maraqlı fakt da onun bütün iş
fəaliyyətini özüylə daşıdığı gündəliyə qeyd etməsidir. Özünün
dediyinə görə, işləri əvvəlcədən həmin gündəlikdə planlaşdırır.
“Mən xəsis deyiləm”
Süleyman Əbdül Əziz xəsis olmadığını deyir: “Amma həmişə
bədxərcliyin əleyhinəyəm. Uşaqlarıma heç vaxt qarşılıqsız pul
verməmişəm. Onlardan hansısa, pul üçün mənə yaxınlaşanda bunun
əvəzində iş tapşırmışam. Çünki həyatımızda bəzən fərqində olmadan
bədxərclik edirik. Və bu, bütün həyatımıza təsir edir. Pəncərələrə
qalın pərdələr asmaqda heç bir məntiq yoxdur. Gün işığı elektrik
işığından daha ucuz başa gəlir”.
Əmlakı
Digər Səudiyyə Ərəbistanı zənginlərindən fərqli olaraq Süleyman
Əbdül Əziz Əl Raci təyyarədə tək səyahət etmir: “Mənim çoxlu
təyyarələrim var. Amma onlar müxtəlif aviaşirkətlərə məxsusdur.
Harasa gedəndə hamı kimi biletimin pulunu verirəm. Hər zaman
ekonom-klassda səyahət edirəm. Düşünürəm ki, Allah var-dövləti
özündən müştəbehliyi nümayiş etdirmək üçün yox, ondan etibarlı
istifadə üçün verib”.
94 yaşlı bankirin hobbisi
Şeyx Əl-Racinin hobbisinə, eləcə də boş vaxtlarında nə etməsinə
gəlincə, xüsusi istirahət planlaması olmadığını söyləyir: “Lakin
səhrada gəzintidən zövq almaq mümkündür. Turizm gəzintisi üçün heç
vaxt krallığın ərazisindən kənara çıxmamışam”.
İş adamı gələcək arzuları barədə belə deyir: “Sərvətlə bağlı arzuma artıq çatmışam.Övladlarım da işlərində uğurludurlar. Allaha şükür, sərvəti dağıtmır, uğurlu investisiyalar edirlər”.
Leyla Əliyeva
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO