Bilgi.az
Avropa siyasətçiləri harada dincəlir?
Avropada cərəyan edən qeyri-stabil vəziyyətə baxmayaraq, siyasətçilər və dövlət başçıları heç də istirahətdən imtina etmirlər. Ənənəyə görə, onlar daha çox avqustda məzuniyyətə çıxırlar.
Publika.az isə Avropa siyasətçi və prezidentlərin harada dincəldiyini aydınlaşdırıb.
Almaniya kansleri Angela Merkel əri Yoahim Zauerlə Cənubi Tirola (İtaliyanın şimalı) yollanıb. Merkel orada dəniz səviyyəsindən 1900 metr hündürlükdə yerləşən kiçik bir kənddə məskunlaşıb. Keçən il isə Merkel İtaliya adalarının birində - İskyada dincəlib. O, burada Afrodita bulağını və Apollon bağını ziyarət edib. Sakit atmosfer və təmiz havaya malik İskya adası alman kanslerinin ən sevimli yeridir.
Böyük Britaniya baş naziri Devid Kemeron bu il ailəsi ilə Portuqaliyaya yollanıb. Baş nazirin ailəsi, adətən, istirahət üçün İspaniya və İngiltərənin sakit sahillərini seçir. Keçən il Devid Kemeron dörd dəfə dincəlməyə vaxt tapıb: o, İbiza, Portuqaliya, Kornoull qraflığı və Şotlandiyada olub. Baş nazirin ildə dörd dəfə məzuniyyətə çıxması isə mülki britaniyalıları qıcıqlandırıb.
Fransa prezidenti Fransua Olland ənənəyə uyğun olaraq istirahət üçün Versala yollanır. O, Versal parkı ərazisində yerləşən “Lantern” adlı ovçuluq pavilyonunu ziyarət edir.
Nura
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ