Bilgi.az
ABŞ-da uşaq böyütmək neçəyə başa gəlir?
Əgər son rəsmi statistika həqiqəti əks etdirirsə, onda Amerikada yeni valideynlər toqqalarını bərkitməli olacaqlar. Bazar ertəsi açıqlanmış rəqəmlər göstərir ki, ABŞ-da uşaq böyütmək adambaşına 250 min dollara başa gəlir.
ABŞ Kənd Təssərrüfatı Departamentinin araşdırmalarına əsasən, orta sinif valideynlər 2013-cü ildə doğulmuş körpəyə ümumilikdə $245 min dollar xərcləyəcək. Söhbət uşağın ABŞ-da rəsmi yetkinlik yaşı sayılan 18 yaşa çatanadək aparacağı xərclərdən gedir.
Yeni valideynlər üçün ən böyük xərc ev kirayəsidir ki, bu, ümumi xərclərin üçdə birini təşkil edir. Bundan əlavə bağça, təhsil və ərzaq xərcləri də büdcədə əhəmiyyətli yer tutur.
2013-cü ilin rəqəmləri əvvəlkilərlə müqayisədə 2% artıqdır.
İnflyasiyaya uyğunlaşdırılmış qaydada 1960-cı ildə doğulmuş uşağın xərcləri $199,000 təşkil edirdi. /Amerikanın səsi/
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ