Bilgi.az
Emin Ağalarov dünya ulduzlarının izində - VİDEO
Müğənni-bəstəkar Emin Ağalarovun sosial şəbəkədə paylaşdığı son videosu maraqla qarşılanıb.
Dünya ulduzlarının Amyotrofik lateral skleroz (ALS) adlı xəstəliklə mübarizə aparan vəqfə yardım etmək üçün çox maraqlı addım atdıqlarını xəbər vermişdik.
Bunun üçün "ALS Ice Bucket Challenge" adlı kampaniya başladan ulduzlar başlarından aşağı bir vedrə su tökərək insanları yardım etməyə səsləyirlər.
Dünya ulduzlarının izindən gedən Emin Ağalarov da eyni addımı atıb. Estafeti Sergey Lzarevdən alan Emin Stas Mixaylova, Ani Loraka və Lobodana meydan oxuyub.
Daha sonra oğlanları Əli və Mikayıl onun başından bir vedrə su töküblər.
Həmin anları əks etdirən videonu təqdim edirik:
Qeyd edək ki, kampaniyanın şərtinə görə, vəqfə yardım etmək istəyən hər kəs sevdiyi üç nəfəri seçir və onlara meydan oxuyur. Daha sonra da başından bir vedrə buz kimi su tökür. 24 saat içində həmin 3 nəfər də özlərini islatmalıdır. Əks təqdirdə vəqfə 100 dollar bağışlamalı olur.
Buz kimi su ilə özünü isladanlar arasında "Microsoft"un yaradıcısı Bill Qeyts, "Facebook"-un CEO-su Mark Zükerberq, müğənnilər Castin Timberleyk, Selena Qomez, Castin Biber, Cenifer Lopez, Demi Lovato, Leydi Qaqa, Taylor Svift, model Kara Delevin, Nina Dobrev, aktrisa Cessika Alba kimi tanınmışlar da var.
Qeyd edək ki, kampaniya 29 iyun tarixindən başladılıb və hazırda 15.6 milyon dollar pul toplanılıb.
Tabloid.az
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...