Bilgi.az
Qəzaya düşdü, dilini dəyişdi – FOTOLAR,VİDEO
Avstraliyalı Ben Mak-Maqon həyatı bahasına gələn ağır yol qəzasından sonra koma vəziyyətinə düşüb. Bir neçə həftədən sonra özünə gələn oğlan doğma dilini unudaraq çin dilində danışmağa başlayıb.
Huşu özünə qayıdan 22 yaşlı oğlan çarpayının yanında tibb bacısını görüb. Tibb bacısının asiyalı simaya malik olduğunu görərkən o deyib: "Bağışlayın, mənim boğazım..." Bu kəlmə ingiliscə yox, məhz çincə deyilib.
Bundan sonra oğlan qələm-kağız götürərək çin dilində yazıb: "Mən anamı sevirəm, mən atamı sevirəm, mən sağalacağam".
Yenicə özünə gələn oğlanın fərqli dildə danışması nəinki valideynlərini, hətta həkimləri də çaş-baş salıb. Valideynləri Benin ayılmasına çox sevinərək dərhal xəstəxanaya qaçıblar. Lakin onun çin dilində danışmasını görərək təəccüblərini saxlaya bilməyiblər.
Benin atası deyir: "Bizim ailədə heç kim çin dilində danışmır. Buna görə də, onun bu dildə danışması bizi narahat etdi".
Ben məktəbdə çin dilini öyrənməyə cəhd edib, lakin o, heç vaxt bu dildə sərbəst danışa bilməyib.
Ben deyir: "Mən ayılanda çin dilində danışdığımı anlamırdım. Sadəcə, danışırdım və bu, mənə adi gəlirdi".
Oğlan 2-3 gün ərzində ingilis dilini yadına salmağa çalışıb.
Yeni qabiliyyəti isə Benə yaxşı imkanlar açıb. O, doğma şəhəri Melburnda çin turistlərinə bələdçilik edir və çin dilində efirə gedən "Mandarin" proqramının aparır.
Hazırda isə o, Şanxay Universitetində təhsil alır.
Nura
-
Magazin123:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi