Bilgi.az
Müəllim dərsliklə şagirdin başını yardı – FOTOLAR
Çin polisi 4 şagirdi döyən müəllimin axtarışına çıxıb.
Müəllim şagirdlərdən birinin başını dərsliklə yarıb, digər 3
şagirdi isə vəhşicəsinə döyüb. İlkin ehtimallara görə, sadist
müəllim meşədə gizlənir.
Xarici mətbuatdan verilən məlumata görə, Ley Minksin adlı müəllimin
döydüyü şagirdlərin 7 yaşı varmış. Döyülmüş uşaqları məktəb
əməkdaşı görərək dərhal onları xəstəxanaya aparıb.
Uşaqları aşkar edən baş müəllimin sözlərinə görə, onlar qan içində döşəmədə uzanaraq qalıbmışlar.
Baş müəllim deyib: "Mən Ley Minksinin kabinetinin yanından keçirdim və otaqdan ağlaşma səsi eşitdim. İçəri boylandıqda isə dəhşətə gəldim: qan gölünə bulaşmış uşaqlar döşəmədəcə uzanıb qalmışdılar".
Rəsm müəllimi dərs ləvazimatı ilə uşaqlardan birinin kəlləsini yarıb. Şagirdlərin dediyinə görə, müəllim onları kabinetə çağırdıqdan sonra üstlərinə hücum edib. Döyülmələrinin səbəbini isə heç uşaqların özləri də bilmir.
Minksinin həmkarları baş verən hadisədən şoka düşüb. Belə ki, müəllimin davranışı həmişə yaxşı olub və bu vaxta qədər o, heç bir aqressiya göstərməyib.
Uşaqları döyən müəllim mopedinə minərək meşəyə qaçıb. Onun axtarışları davam etdirilir.
Nura
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi