İnsan qanını donduran qorxunc yerlər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnsan qanını donduran qorxunc yerlər – FOTOLAR

Bir çox skeptiklər təbiətdə baş verən mistikaların da izahının olduğunu deyirlər.


Lakin gəlin etiraf edək ki, təbiətdə izahatı olmayan və insanı dəhşətə gətirən bir çox hallara rast gəlmək mümkündür. Daha çox Rusiya ərazisində mövcud olan belə yerlərdə insanlar sirli şəkildə yoxa çıxır.


Publika.az Rusiya ərazisində rast gəlinən insanın qanını donduran qorxulu yerlər haqqında məlumatları təqdim edir.



Şeytan qəbiristanlığı (Krasnoyar vilayəti)

Krasnoyar vilayətində yerləşən çox da hündür olmayan dağda, meşənin tən ortasında qəribə bir düzənlik var. Maraqlısı odur ki, düzənliyin ətrafı ağaclarla əhatə olunduğu halda, dairəvi sahədə bir ağac belə bitmir. Bəzi məlumatlara görə, düzənlik 1908-ci ildə bu hala düşüb. İlkin versiyalara görə, ərazi həmin ildə Tunqussk meteoritinin düşməsi nəticəsində formalaşıb. Lakin düzənlik daha çox sönmüş vulkanın kraterini xatırladır. Yerli əhali buranı Şeytan qəbiristanlığı adlandırır.

Otuz il ərzində adıçəkilən ərazidə 70-dən çox insan itkin düşüb. Onların taleyi barədə heç bir məlumat yoxdur. Bundan əlavə, ərazidə otlayan mal-qara da itkin düşür. Yerli əhali talanın qorxusundan ərazidən də köçüb. Bir çox insanların yaxın radiusda itkin düşdükləri deyilir. 1980-ci illərdə tədqiqatçılar anomal ərazi ilə maraqlanaraq Şeytan qəbiristanlığının sirrini açmağa çalışıblar. Ekspedisiya üzvlərinin bəziləri də itkin düşüb. Axtarış dəstəsinin təqribən 75 üzvü geri qayıtmadı. Talanın sirri indiyədək açılmayıb və onun ətrafında hər hansı yaşayış düşərgəsinin salınmasına qadağa qoyulub.


Ölülər dağı (Sverdlovsk vilayəti)


1959-cu ildə gənc insanlardan ibarət həvəskar qrup Ölülər dağına yollanır. Zirvəyə çatmazdan əvvəl qrup üzvləri düşərgə qururlar. Onlar itkin düşürlər və ölü tapılan qrup üzvlərinin hamısının bədəni dəhşətli yaralarla örtülmüş olur. İş ondadır ki, ərazidə heç bir kənar şəxsin izləri tapılmayıb. Bu azmış kimi, onların aralarında hər hansı mübahisənin düşməsi barədə faktlar da əksini tapmadı. Qrup üzvlərinin bəzilərinin dili yerindən qopardılmışdı, bədənləri isə ölüyə xas olmayan bənövşəyi-narıncı rəngdə idi. Bu, dağın zirvəsində həlak olan ilk qrup deyildi. Əvvəllər də dağı ziyarət edən bir neçə qrup geri qayıtmayıb.



Labınkır gölü

Yakutiyanın şərqində Labınkır adlı göl yerləşir. Məlumatlara görə, göldə relikt əsilli bir çox qəribə heyvanlar yaşayır. Yerli əhali qəribə məxluqların insan və heyvanları udduğunu deyir. Verilən məlumatlara görə, 50-dən çox insan beləcə yoxa çıxıb.


Ölüm dərəsi


Novqorod əyalətində Ölüm dərəsi deyilən ərazi var. Bu dərədə insan və heyvanlar naməlum şəkildə yoxa çıxır.


Şeytan qapıları


Kolıma ərazisində iki qaya ərazisində yerləşən məntəqədə daim qəza və bədbəxt hadisələr baş verir.


Sineus kurqanı


Volqoqrad ərazisində varyaqların başçısı Sineusun kurqanı var. Dərə şəklindəki kurqandan yerli sakinlər dəfələrlə meyit çıxarıblar. Əfsanəyə görə, qəzəblənmiş Sineus insanları dərəyə salaraq məhv edir.



İynəyarpaqlı meşə


Novqorod ərazisində yerləşən meşələrin birində bataqlıq var. Böyük Vətən müharibəsi zamanı bu bataqlıqda 10 minlərlə əsgər həlak olub. Onların qalıqlarını indiyədək bataqlıqdan çıxarıb qurtara bilmirlər.



Xovlu burun


Baykal gölü ətrafında Xovlu burun adlı ərazi yerləşir. Bu anomal ərazidə CPS və naviqasiya sistemi sıradan çıxır. Burada radiasiyanın çox olduğu güman edilir.



Şeytan yarğanı


Pskov ərazisində şeytan yarğanı adlı bir yer var. Deyilənlərə görə, müharibə zamanı bu ərazidə bir çox insan itkin düşüb. Onlardan bəziləri geri qayıdaraq maraqlı əhvalatlar danışıblar.



Nura








Oxumağa davam et
Reklam
Reklam

Gündəm