Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...
Bizi izləyin

İdman

Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...

Azərbaycanda uşaq futbolunun acınacaqlı vəziyyəti həmişə olduğu kimi gündəmdədir. Hər kəs bərbad vəziyyətdə olan uşaq futbolunun durumu haqqında fikirlərini bölüşür, problemləri qabartmağa çalışır.

Publika.az xəbər verir ki, futbol funksioneri Tahir Süleymanov da vəziyyətə biganə qalmayıb. "Neftçi"nin sabiq vitse-prezidenti Azərbaycanda uşaq futbolunun mövcud problemi haqda sosial şəbəkə hesabında yazı dərc edib. O, uğursuz idarəetməyə görə AFFA rəhbərliyini tənqid edib:

"Vaxtilə biz, bəyənilməyən klublarla birgə futbolçular yetişdirəndə, AFFA axtyamovları, nazarovları milliləşdirir, top çiləmələrlə, Berlində futbol "məktəbi" açmaqla xalqın, dövlətin milyonlarını havaya sovururdu...

Bu gün Mahir Emreli Almaniyada qollar sıralayır, Azərbaycanda uşaq futbolunda meydan sahibi komandalara, oyuna gəlmədiklərinə, yetərsay olmadığına görə texniki məlubiyyətlər verilir, bəzi qarşılaşmalar 18-20 top fərqi ilə yekunlaşır...

İndi nə "Sabahın ulduzları" yarışları var, nə də ki, "Bakı", bəhlulları, Toralları üzə çıxaran "Xəzər Lənkəran", "Araz" (İmişli) və digərləri... Davamını gətirən "Qəbələ" akademiyası da can üstədir...

"Klublar futbolçu yetişdirməlidir" deyən AFFA cavabdehləri, məsləhətlərə qulaq asmaq əvəzinə, keçmişdə olduğu kimi, yenə başlarını kütləvillik "festivalları"na qatıblar, kağız üzərində "yetişdirdikləri" 200 min futbolçu sayını artırırlar...

7 aydı federasiyaya gələnlər uşaq futbolunda yeni, daha bir mövsümü də hədər verdilər. Ümidləri növbəti ildən yeni strategiyaya qalıb...

Təbii ki, yeni "strategiya"da mahirlərə yol açan "Sabahın ulduzları" layihəsi yer almayacaq, Azərbaycan futbolunun düşmənləri buna imkan verməyəcək... Dağılmış, dağıdılmış, viranə qoyulmuş klublar da geri qayıtmayacaq, yenidən bərpa olunmayacaq..."

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm