Nida Təhlil
Harris, yoxsa Tramp: Ağ Evin yeni “sahibi” kim olacaq?
ABŞ-da gərgin keçən seçki marafonunda nəticəni “yelləncək ştat”larda – seçimini son gün edəcək Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina və Viskonsdakı səsvermənin həll edəcəyi gözləntisi var. Bu, ABŞ daxili siyasi seqmentin “daşlaşmış” mənzərəsidir.
Lakin Ağ Evdə respublikaçıların, yoxsa demokratların əyləşməsinin həm də ABŞ-ın xarici siyasət prioritetlərindən asılı ola bilər. 2020-ci ildə tarixi “seçki ənənəsi”nin – respublikaçılarla demokratların bir-birini iki müddətə (4+4) əvəzləməsi – pozulması və Trampın cəmi bir dönəm (4 il) prezident olması bunu daha bariz formada göstərdi.
Trampın “Öncə Amerika” yanaşması və “yeni milli təhlükəsizlik strategiyası” Avropa İttifaqı ilə münasibətləri, xüsusilə NATO çətiri altındakı birliyi zəiflədir, ABŞ-ın strateji rəqibi Çinlə mübarizədə Avropadakı “köhnə müttəfiqlərini” Pekinlə yaxınlaşdırırdı. Fransa və Almaniyanın Avropanın təhlükəsizlik sistemini NATO-dan uzaqlaşdırmaq və 2020-ci ilə qədər “Avropa ordusu” yaratmaq hədəfi aktuallaşmışdı. Bu, Vaşinqtonun təkcə Avropadakı təsir imkanlarını zəiflətmir, həm də Çinin geosiyasi bazara sürətli girişinə imkanlar yaradırdı. Respublikaçıların “ikinci dönəm” hakimiyyətə qala bilməməsində bu “yanlış strategiya”nın da rolu istisna edilməməlidir.
Baydenin gəlişi ilə ABŞ-ın ilk işi Avropada müttəfiqlərin yenidən bir çatı altında birləşdirilməsi oldu. Demokratların yayımladığı ilk “müvəqqəti milli təhlükəsizlik strategiyası”nda da avropalı müttəfiqlər Trampın dövründəki fikir ayrılıqlarını geridə qoymağa, Rusiya və Çinə qarşı birləşməyə dəvət olunur, NATO-nun “təhlükəsizlik çətiri”nin sürətlə bərpası istiqamətində addımlar atıldı. Hərçənd, yetərli görünmürdü. Bu kontekstdə Ukraynada müharibənin başlanması ABŞ üçün Avropanı Rusiya təhlükəsinə qarşı NATO çətiri altında birləşdirmək, Şimal Alyansının fəlsəfəsini yenidən canlandırmaq baxımından sərfəli idi. Və müharibə Avropaya sıçramaması, Ukrayna sərhədləri daxilində davam etməsi şərti ilə hələ də sərfəlidir.
- Harris qalib gələrsə, Rusiyaya qarşı müharibə ilə NATO təhlükəsizlik sisteminin gücləndirilməsi və Vaşinqtonun Avropada gücünün qorunması siyasəti davam etdiriləcək;
- Tramp seçilərsə, bu, sual altına düşür, xüsusilə onun Ukrayna müharibəsinə və Rusiya ilə münasibətlərə yanaşması fonunda;
Seçki mübarizəsi Vaşinqtonun geosiyasi hədəfləri üzərindən də aparılır. Və bu hədəflər, xüsusilə Çinlə mübarizədə Avropa cəbhəsinin “əldən verilməməsi” strategiyası demokratları – Harrisi daha “arzuolunan namizədə” çevirir. Bu baxımdan, Harrisin az fərqlə də olsa, seçiləcəyi ehtimalı daha çox görünür.
Asif Nərimanlı
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




