Bilgi.az
Turistin mədəsindən 70 min dollar çıxdı
Dominikan Respublikasının gömrük orqanından verilən məlumata görə, onlar mədəsində 70 min dollar gizlədən 40 yaşlı turist qadını yaxalayıblar. Pullar nağd şəkildə kapsulanın içərisində olub.
Adı açıqlanmayan 40 yaşlı turist qadın pul qaçaqmalçılığı ilə Dominikan Respublikasının gömrük orqan işçilərini təəccübləndirib: o, mədəsini seyf kimi istifadə edərək 70 min dolları nağd şəkildə gizlədə bilib. Pul qaçaqmalçılığına görə bir sıra yola əl atıldığını görən gömrük işçiləri bu dəfə gördüklərindən heyrətə gəlib.
Narkotiklərlə mübarizə üzrə milli agentliyin verdiyi məlumata görə, Belçikadan gələn turist qadın gömrük işçiləri tərəfindən yaxalanarkən hava limanı ərazisini tərk etməyə çalışıb.
Onun şəxsi əşyalarına baxarkən gömrük işçiləri qadının çamadanından 69 min dollar aşkar ediblər. Lakin saxlanılan şəxs gömrük işçilərini daha çox mədəsində gizlətdiyi 70 min dollarla təəccübləndirib.
Gömrük xidməti işçilərinin sözlərinə görə, pullar kapsulaya yerləşdirilib. Mədədən tapılmış 16 kapsulanın hərəsində 4,375 dollar olub.
Maraqlıdır ki, turist mədəsində yad cismin olmasına baxmayaraq, ürəkbulanmadan əziyyət çəkməyib və özünü tamamilə normal aparıb.
Qadının mədəsində pulların necə aşkar olunması haqda məlumat verilmir. Bircə o məlumdur ki, turist narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən pulları daşıyırmış.
Nura
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda