Bilgi.az
Pişiyə oxşamaq istəyən qadın xəstəxanalıq oldu – FOTOLAR
Şotlandiyada 42 yaşlı qadının "pişik gözləri" ona canı bahasına başa gəlib.
İş ondadır ki, qadın pişiyə oxşamaq üçün aldığı linzanı gözündən çıxara bilməyib. Linza bəbəyə möhkəm yapışdığından, o, gözün buynuz qişasını zədələməklə linzanı cırıb çıxara bilib.
Nikola Kavananın sözlərinə görə, Helloin bayramı münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmək üçün o, "pişik gözləri" effekti yaradan linza alıb.
Linzadan istifadə edərkən Nikola istədiyi keyfiyyəti alıb, lakin keyfiyyətsiz linza onu günün sonunda məyus edib. O deyib: "Mən linzanı 10 funt sterlinqə (16 dollar – red.) yerli mağazaların birindən almışam. Əvvəlcə hər şey yaxşı gedirdi, yeddi saatdan sonra əyləncə gecəsi bitdi və sonra mən linzaları çıxartmaq qərarına gəldim. Ancaq linza gözümə sanki yapışqanla yapışmışdı".
Linzanı çıxarmaq üçün ikinci cəhdi edərkən Nikola ağrıdan qışqırıb: "Mən heç vaxt belə bir ağrı yaşamamışam. Gözüm elə ağrıyırdı ki, sanki içinə sabun köpüyü düşmüşdü. Qışqırıq səsimə yoldaşım gəldi və gözlərimi yumaq üçün məhlul verdi, lakin bununla belə ağrı kəsmirdi".
Qadın linzaları yarım saatdan sonra çıxara bilib və dərhal həkimə müraciət edib. Müayinə zamanı Nikolanın buynuz qişanı zədələdiyi məlum olub.
Müalicə kursundan sonra da qadın indiyədək saatın əqrəblərini aydın görə bilmir. O, müalicə üçün işdən məzuniyyət də götürməli olub. İndi isə o, gün eynəklərində gəzir, hər 4 saatdan bir gözlər üçün nəzərdə tutulan xüsusi dərmandan istifadə edir.
Nura
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var