Bilgi.az
Pişiyə görə qadına ölüm cəzası verilə bilər - FOTO
Böyük Britaniyada yaşayan qadın vannada pişiyi çimizdirdiyi üçün heyvansevərlər cəmiyyəti tərəfindən ölümlə hədələnib. İş ondadır ki, qadın heyvanı çimizdirməzdən öncə onu səyahət üçün nəzərdə tutulmuş qəfəsin içinə qoyaraq qapısını bağlayıb. Sonra isə pişiyi su ilə yarıya qədər dolu olan vannaya qoyub. Sən demə, pişik qadının pizzasını yediyi üçün ona belə cəza üsulu tətbiq olunub. Qadın sonradan pişiyin bağlı qəfəs arxasında qaldığı fotosunu Facebook sosial şəbəkəsində paylaşıb.
Bundan sonra heyvansevərlər qadını ölümlə hədələməyə başlayıb. Bütün dünyadakı heyvansevərlər 22 yaşlı Britaniya sakinini heyvana qarşı törətdiyi qəddarlıqda günahlandırıb. Hətta yaranmış hadisə ilə bağlı heyvanların müdafiəsi üzrə Kral cəmiyyəti və yerli polis də maraqlanıb.
Hüquq mühafizə orqanları qadının evini yoxlamağa gəlib, lakin onu günahlandırmaq üçün hər hansı bir əsas tapmayıb.
3000-dən çox insan qadının əməllərinə qarşı petisiya imzalayıb. Onlar qadını zorakılıqda günahkar bilərək pişik sahibinə layiqli cəza verilməsini tələb edir.
Heyvanların müdafiəsi üzrə Kral cəmiyyəti deyib: "Əgər şəklə diqqətlə baxsanız görə bilərsiniz ki, qəfəsin içində pişik görünmür. De-fakto olaraq bu, heyvanlara qarşı zorakılığın olmadığını sübut edir".
Hüquq mühafizə orqanları sosial şəbəkə istifadəçilərini sakitləşdirməyə çalışıb. İstifadəçilər hətta qadının harada yaşadığını da öyrənib. Onlar qadının layiqli cəza almadığı halda, onu öldürməklə hədələyir.
Nura
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi