Bilgi.az
Bakteriya və virusların yaşadığı inanılmaz yerlər - FOTOLAR
Gözlə görünməyən, lakin eyni zamanda, təhlükəli olan bakteriya və viruslara çox yerdə rast gəlmək olar.
Publika.az təhlükəli ola biləcək virus və bakteriyaların daha çox harada yaşadığını və onlar barədə maraqlı faktları təqdim edir.
Virus qripləri əskinasın üzərində 17 günədək yaşaya bilir.
Qapı ağzına sərilən xalçaların 96 faizinin üzərində evə ayaqqabı vasitəsilə daşınan nəcis bakteriyaları olur.
Adi kompüter siçanı unitaz oturacağından 3 dəfə çirklidir.
Bizim dərimizdə gün ərzində ən azı 10 milyon hüceyrə tələf olur. Ölü dəri hüceyrələri əlimizlə təmasa girdiyi əşyalara (çarpayı, pult, telefon, qapı, qida və sair) və insanlar ötürülür. İndi isə təsəvvürünüzə gətirin: siz bu əşyalardan birinə toxunub, sonra əlinizi ağzınıza aparsanız, demək, siz kiminsə ölü dərisini yemiş olacaqsınız.
Soyuducunun qapısında olan sıxlaşdırıcı rezindən xəstələnmək şansınız 86 faizdir.
Restoran menyusunu boşqabınızdan uzaq tutun: menyunun üzərində olan mikroblar 18 saat yaşaya bilir. Gün, həftə, ay ərzində neçə adamın menyuya toxunduğunu təsəvvürünüzə gətirin...
İşdə oturduğunuz ofis stulunuzun 6 kvadrat santimetrində 20 min bakteriya var. Tualetlə müqayisədə (çünki tualet müntəzəm olaraq dezinfeksiya olunur) iş yerində 400 dəfə çox mikrob var.
Virusların ötürülməsinə gəldikdə, öpüş əl verməkdən daha təhlükəsizdir.
Mobil telefon, qulaqlıq və mikrofonda 1400 bakteriya olur.
Asqırıq və öskürək nəticəsində viruslar 1 metr əraziyə kimi səpələnir. Viruslar 3 gün ərzində insana ötürülə bilər.
Nura
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir