Bilgi.az
Ekskursiyaya gedən qızlar hamilə qaldı
Bosniyada məktəb ekskursiyasından sonra 13-14 yaşlı 7 məktəbli qız hamilə qalıb.
Banya Luka şəhərindən olan şagirdlər 5 gün ərzində paytaxta ekskursiyaya aparıldıqdan sonra geri qayıdıb. İndi isə yeniyetmə qızların valideynləri müəllim nəzarətsizliyinə görə təhsil şöbəsinə qəzəblənib. Belə ki, 28 qız Sarayevo şəhərinə ekskursiyaya gətirilərək muzey, tarixi abidə və digər görməli yerlərlə tanış edilib. Qızlar doğma şəhərinə qayıtdıqdan sonra onlardan 7 nəfəri dərsə gəlməyib.
Bu hadisə ölkədə təşvişə səbəb olub. Bosniyada 13-15 yaşlı məktəbli qızların hamilə olması halları artır. Ona görə də valideynlər təhsil müəssisəsində cinsi əlaqə dərslərinin keçirilməsini tələb edir.
Təhsil şöbəsindən bildirilib: "Ölkədə erkən yaşda hamiləlik halları getdikcə artmaqdadır. Lakin biz uşaqlarımıza seks haqqında nə küçədə, nə də təhsil müəssisəsində tədris edə bilərik". Təhsil müəssisəsi günahı daha çox valideynlərdə görür. Şöbədən verilən məlumata görə, valideyn övladına seks haqqında məlumat verməlidir.
Keçən il Sarayevoda ümumilikdə 31 azyaşlı qız hamilə qalmışdır. Bu il isə 28 qızdan 7 nəfərinin 5 gün ərzində hamilə qalması ölkə rekordunu vurub. Respublikanın reproduktiv sağlamlıq üzrə milli koordinatoru Nenad Babiçi də təqsiri müəllimlərdə yox, məhz valideyn nəzarətsizliyində görür.
Nura
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI