Məşhur alimdən inanılmaz açıqlama – Tibb aləmi şokda
Bizi izləyin

Bilgi.az

Məşhur alimdən inanılmaz açıqlama – Tibb aləmi şokda

Məşhur ingilis alim xərçəngin "yaxşı ölüm forması" olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, tibb dünyasının ən çox oxunan jurnallarından biri "Britaniya Tibbi Jurnalı"nın ("British Medical Journal" – BMJ) keçmiş nəşriyyat redaktoru və ingilis alim Riçard Smis jurnalın bloqunda xərçəng xəstəliyi ilə bağlı mübahisələrə səbəb olacaq açıqlamalar verib. Xərçəngi "ən yaxşı və romantik ölüm forması" olaraq xarakterizə edən Smis belə deyib: "Xərçəng araşdırmalarına milyardlar xərcləmək bədxərclikdir. Bunu dayandırmaq lazımdır".

Alim sayıqlama tipli açıqlamalarına belə davam edib: "Xərçəng olduğunuzu öyrənəndə insanlarla vidalaşa, həyatınız haqqında düşünə, son mesajınızı yaza, sizin üçün xüsusi olan yeri son dəfə ziyarət edə, ən sevdiyiniz musiqiləri dinləyə, inancınıza görə edilməli olan ayinləri yerinə yetirə bilərsiniz. Bunun ölümə romantik baxış forması olduğunu bilirəm. Eyni bu cür romantik ölümə eşq, narkotik, morfi və ya içkiylə də çata bilərsiniz. Həddindən artıq ciddi xərçəng mütəxəssislərindən uzaq durun, xərçəngi məğlub etmək üçün milyardlar xərcləməyin. Çünki xərçəngə qalib gəlsəniz, özünüzü daha qorxunc ölümlərə məhkum edərsiniz".

Xatırladaq ki, Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, hər il dünyada 14 milyondan çox insana xərçəng diaqnozu qoyulur. Bunlardan 8 milyonu vəfat edir. İllik xərçəngli xəstə sayının 2025-ci ilə qədər 19 milyona, 2030-a qədər 22 milyona çıxacağı təxmin edilir. 2014-cü ildə xərçəngin dünya üzrə iqtisadi xərci 1.3 trilyon dollara çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm