19 yaşlı qız beyin əməliyyatı zamanı oyandı
Bizi izləyin

Bilgi.az

19 yaşlı qız beyin əməliyyatı zamanı oyandı

Polşada beyin əməliyyatı zamanı 19 yaşlı xəstə ayılıb və həkimdən əməliyyatın necə getdiyini soruşub.

Axar.az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə 19 yaşlı İqa Cesika (Iga Jesica) beyin xərçənginin böyüməsinin qarşısını almaq üçün əməliyyat edilib. Həkimin keyidici (anesteziya) vurmasına baxmayaraq qız oyanıb və əməliyyatın necə getdiyini soruşub.

Cərrahiyyə əməliyyatını aparan həkim Deyvid Larisiz xəstənin oyanmasının onun səhhətinə heç bir mənfi təsiri olmadığını deyib: "Onun əməliyyat zamanı oyanmasının səhhətinə mənfi təsiri olmayıb. Əks halda o görmə və digər hissiyat orqanları ilə bağlı problemləri ola bilərdi. Heç xəstə özü əməliyyat zamanı oyandığını xatırlamır".
Həkimin sözlərinə görə əməliyyat prosesində onlar söhbət etdikləri vaxt Cesika Şaxta babanın ona pişik hədiyyə etdiyini deyib.

İ. Jesika isə açıqlamasında bildirib ki, o Krismas (Christmas) bayramını qeyd edə bilməsə də bu onun üçün ən böyük hədiyyə olub.

Xatırladaq ki, həkimlər xəstəyə anesteziyanın səhv vurulması ilə bağlı iddianı araşdırır. Digər cərrahlar isə hesab edir ki, məhz vurulan anesteziya onun ayılmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm