Bilgi.az
Xərçəngdən əziyyət çəkən qız məcburən müalicə alacaq – FOTOLAR
ABŞ Konnektikut ştatının Ali Məhkəməsi xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı qızın müalicə kursu keçməsi haqda aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.
Publika.az xarici mətbuata əsasən məlumat verir ki, Kassandra Kallenderə ölümcül xəstəlik diaqnozu (Hockin limfoması) 2014-cü ilin avqustunda qoyulub. Konnektikut uşaq tibbi mərkəzinin həkimləri ona kimyaterapiya kursu yazıb. Xəstə kimyaterapiya üsulunun ona xəstəlikdən çox ziyan vuracağını deyib.
Atasız böyüyən yeniyetmənin anası Ceki Fortin qızının fikirləri ilə razılaşaraq onun "zəhərləndirilməsinin" əleyhinə olub. O deyib: "Bu, onun qərarı və hüquqlarıdır".
Noyabrda iki prosedur keçdikdən sonra Kassandra tibbi mərkəzdən qaçıb. Bundan sonra həkimlər qəyyumluq orqanlarına müraciət edib. Dövlət orqanları qızı müvəqqəti nəzarət altına alaraq anasının əlindən müalicəyə müdaxilə hüquqlarını alıblar. Həkimlər isə öz növbəsində bildirib ki, əgər yeniyetmə bütün göstərişlərə əməl edəcəyi halda, onun sağ qalması üçün 80-85 faiz şans var.
Uşaq və ailə məsələləri üzrə ştat departamenti tibbi mərkəzin qərarını dəstəkləyib. Ana və bala isə konstitusion hüquqlarının pozulması haqda şikayət edib. Məhkəmə isə öz növbəsində bildirib ki, qız yetkinlik yaşına çatana qədər ona qarşı hüquqi normalar tətbiq etmək olar. Kassandranın 18 yaşı 2015-ci ilin sentyabrında olacaq.
Ştat qanunlarına əsasən, dövlət orqanları intiharın qarşısını almaq və uşağın həyatını xilas etməyə görə məsuliyyət daşıyır. Tibbi qrupun hüquqşünası Piter Conson deyib: "Əgər qız müalicə almasa, o zaman bu, intiharın bir növü olacaq".
Nura
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO