Hamilə arvadını parçalayan bir tonluq timsahı balıqçı necə öldürdü? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hamilə arvadını parçalayan bir tonluq timsahı balıqçı necə öldürdü? – FOTOLAR

Uqandanın ucqar kəndlərinin birində - Kibuyedə yaşayan əhali son ayları qorxu içində keçirirdi.

Kəndi ortaya bölən çayın içində çəkisi bir tona yaxın olan nəhəng timsah peyda olmuşdu. İnsan ətini xoşlayan yırtıcı kəndin 6 sakinini parçalayıb yemişdi. Əsasən qadınları və uşaqları.

Artıq sakinlər çayın həndəvərinə ehtiyatla gedirdilər.

Arvadı çay kənarına, çırpı yığmağa gedən 56 yaşlı balıqçı Mübarək Batambuze narahat idi. Hamilə qadını Demeteriya hesabla çoxdan geri qayıtmalı idi. Ancaq ondan səs-soraq yox idi.

Arvadını axtarmağa gedərkən kənd sakinləri də ona qoşuldular. Axtarışlar ən bədbin gümanları doğrultdu.

Demeteriyanın cırılmış paltarı, mobil telefonu və iki qoparılmış əl barmağı sahildə tapıldı. Şübhə yox idi - hamilə qadını timsah parçalamışdı.

Arvadına görə iztirab keçirən Mübarək Batambuze nəyin bahasına olur-olsun, timsahı tapıb öldürəcəyinə and içdi. Kənddə odlu silah yox idi. Mübarək dəmirçinin yanına gedib möhkəm və iri nizə sifariş verdi.

Sifarişin yerinə yetirilməsi üçün 20 dollar xərclədi. Bu məbləğ afrikalı kənd sakini üçün kifayət qədər böyük məbləğdir.

Silah hazır olduqdan sonra Mübarək adamyeyən timsahı izləməyə başladı.

Təxminən 20 gün sonra timsahı elə Demeteriyanın öldüyü yerdən bir qədər aralıda tapdı. Mübarək bir tonluq yırtıcını nizə ilə öldürdü.

Mübarəkin həmkəndliləri Uqanda hökumətindən öldürülənlərlə bağlı kompensasiya tələb etdilər. Lakin yerli məmurlar bu tələbi yerinə yetirməkdən boyun qaçırdılar.

Əvəzində hökumət kənd yaxınlığındakı su hövzələrindən bütün yırtıcıları tutaraq başqa yerlərə keçirməyə söz verdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm