İlin ən pis sözü seçildi
Bizi izləyin

Bilgi.az

İlin ən pis sözü seçildi

Almaniya Dil Birliyi 2014-cü ilin ən pis sözünü seçib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu, "Qərbin islamlaşmasına qarşı vətənsevər avropalılar" (PEGIDA) hərəkatının tez-tez işlətdiyi "Lügenpresse" (yalançı mətbuat) sözüdür.

Bu söz müstəqil mətbuatı ləkələmək üçün Adolf Hitler tərəfindən də işlədilib.

Birlik 2013-cü ildə "Sozialtourismus" (sosial turizm), 2012-ci ildə "Opferabo" (qurban abunəliyi) və 2011-ci ildə "Dönermorde"ni (dönər cinayətləri) ilin ən pis sözləri seçmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm