ABŞ məhkəməsi homoseksual nikahlar barədə qərar qəbul edəcək
Bizi izləyin

Bilgi.az

ABŞ məhkəməsi homoseksual nikahlar barədə qərar qəbul edəcək

Birləşmiş Ştatların Ali Məhkəməsi bu il bütün ştatlar boyunca homoseksual nikahların legitimləşdirilməsi məsələsinə baxacaq.

Hakimlər bildirirlər ki, onlar dörd ştat üzrə homoseksual nikah qadağası barədə məsələyə dair birgə dinləmə keçirəcəklər.

Xəbər verilir ki, burada söhbət dörd ştatdan getsə də, çıxarılacaq hökm bütün ştatlara aid edilə bilər.

Hazırda Amerikanın 36 ştatında eyni cinsdən olanların nikahına icazə verilir.

Sözügedən dinləmədə isə Kentaki, Miçiqan, Ohayo və Tennessi ştatlarından olan şikayətlərə baxılacaq.

Dinləmə aprel ayında keçiriləcək, məhkəmə qərarı isə iyun ayında elan olunacaq. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm